Türkiyənin Adnan Menderes Universitetinin nümayəndələri AzMİU-da olub
2017-04-20 20:14:36
Bu gün Türkiyənin Draft Education şirkətinin və Adnan Menderes Universiteitnin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə keçirilən görüşdə Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Əcnəbi tələbələrin təhsli üzrə dekan Polad Sadıqov da iştirak edib.
         Nərgiz Abdullayeva AzMİU, fakültə və ixtisasları, əcnəbi tələbələrin universitetə qəbul olunması qaydaları barədə qonaqlara geniş məlumat verib.
        Şirkətin nümayəndəsi Mustafa Süzmətaş təmsil etdiyi qurumun tələbələrin xarici ölkələrdə təhsil almasına yardım etdiyini bildirib. O, bu əməkdaşlığın Adnan Menderes Universiteti ilə birgə həyata keçirildiyini vurğulayıb. Azərbaycanda bir çox universitetlərlə yanaşı, AzMİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyən M.Süzmətaş maraqlı təkliflər paketi ilə çıxış edib. Şirkətin Azərbaycan üzrə təmsilçisi Namiq Gülhan AzMİU-nun Türkiyədə tanıdılması, təhsil sərgilərində təmsil olunması istiqamətində görüləcək işlərin birgə təşkilindən danışıb.
         Adnan Menderes Universitetinin Vəqf müdiri İlknur Kayar əcnəbi vətəndaşların AzMİU-ya qəbul proseduru, universitetdə verilən ixtisaslarla maraqlanıb.
           Görüşün sonunda ikitərəfli əlaqələri genişləndirmək üçün əməkdaşllıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.