AzMİU-nun nümayəndələri Xətai məktəbliləri ilə görüşüblər
2017-04-19 13:07:10
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti bu gün Bakı şəhəri Xətai rayonu 58, 64 və 138 saylı orta məktəblərinin şagirdləri ilə görüş keçiriblər.
      Həmin məktəblərin X-XI sinif şagirdəri ilə keçirilən görüşdə AzMİU-nun Tədris şöbəsinin müdiri Sabir Məmmədov, İnşaat texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov iştirak edib. AzMİU nümayəndələri universitetin tarixi, fakültə və ixtisasları barədə məlumat verib, tədris edilən ixtisasların respublikamız üçün əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıblar. Görüşdə universitetin ictimai həyatı, tələbələrin asudə vaxtının səmərəli təşkili üçün keçirilən tədbirlərdən də söhbət açılıb. 
         Universitetin tələbələr üçün geniş karyera imkanları yaradan ölkədaxili böyük şirkətlərlə işgüzar əlaqələri, eləcə də beynəlxalq əlaqələri, tələbə mübadiləsi, ikili diplom proqramları və s. barədə verilən məlumatlar abituriyentlərin marağına səbəb olub.
         Görüşün sonunda AzMİU-ya həsr olunmuş tanıtım video-çarxı nümayiş olunub.