AzMİU-nun kafedra müdiri Türkiyədə beynəlxalq konfransda iştirak edib
2017-04-18 17:50:59
          İnşaat materialları kafedrasının mudiri, professor əvəzi İradə Şirinzadə aprelin 13-14-də Avropa Hazır Beton Birliyinin (ERMCO) və Türkiyə Hazır Beton Birliyinin birgə  təşkilatçılığı ilə keçirilən “Beton İstanbul 2017”  konfrasında iştirak edib.
          400 nümayəndənin iştirak etdiyi konfransda son illərdə beton texnologiyasında və betonşunaslıq elmində baş verən yeniliklər barədə 60-a yaxın elmi məruzə dinlənilib və nəticələr müzakirə olunub. Konfransda İstanbul Texnik Universitetindən betonşunas alim Prof.Dr.  Mehmet Ali Taşdemir və Prof.Dr. Yılmaz  Akkaya, Avropa Hazır Beton Burliyindən (ERMCO) Françesko Biasioli  də iştirak edib. Alimlər beton standartlarındakı yeniliklər, yeni nəsil beton əlavələri, fibrobeton texnologiyasında son yeniliklər, aqressiv təsirlərə dayanıqlı beton və s. kimi maraqlı mövzularla çıxış ediblər.