Tələbələrimiz 'Caspian Waterfront' layihəsinin tikinti obyektində olublar
2017-04-18 13:49:39
          Memarlıq fakültəsinin bir qrup  tələbəsi, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müəllimləri Paşa İnşaat şirkətinin tikinti obyektində olublar.Onlar tanılıq məqsədi ilə şirkətin “Caspian Waterfront” layihəsinin inşaat sahəsinə baş çəkiblər. Şirkət bələdçisi təcrübə günündə bütün inşaat sahəsini gəzən tələbə və müəllimlərə tikinti obyekti haqqında geniş məlumat verib.  
Bildirilib ki, “Caspian Waterfront” layihəsi möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin inşasını nəzərdə tutur.  olunur. 3,5 hektar ərazini əhatə edən tikili “Sydney Opera House” həndəsi formalıdır, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir.120,000 m² ümumi sahəsi olan tikili 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub. Üst hissə isə 7 mərtəbədən ibarət olacaq ki, mərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq.
            Səfərdən razı qalan müəllimlər və tələbələr tikinti obyektindən məmnunluqla ayrılıblar.