Əcnəbi tələbəmizin “Cocuq Mərcanlının bərpası” layihəsi final mərhələsinə vəsiqə qazanıb
2017-04-17 15:13:59
Bu günlərdə ADA Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun(BBTK) təşkilatçılığı ilə “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması”layihəsinin yarımfinal turu keçirilib.Azərbaycanda ilk dəfə TED formatında keçirilən bu layihədə tələbələrin hazırladığı mövzu və ya ideyanın təqdimatı nəzərdə tutulur. Layihənin yarımfinal çərçivəsində 15 ölkənin 9 universitetindən 20-dən çox iştirakçı aktual ideyalarla çıxış ediblər.
           Universitetimizdə təhsil alan əcnəbi tələbələrdə layihədə iştirak ediblər. Universitetimizin tələbələrindən III kursda təhsil alan Türkiyə vətəndaşı Ziya Aslan “Xoşbəxt və ümidsiz insanlar” və I kursda təhsil alan Ukrayna vətəndaşı Tatyana Belorus “Cocuq Mərcanlının bərpası” layihələrini təqdim ediblər. Ukraynalı tələbə Tatyana Belorusun layihəsi münsiflər tərəfindən bəyənilib və o, layihənin 25 apreldə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Məlumat üçün qeyd edək ki, “Əcnəbi Tələbə Gənclərin Fikir Platforması” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin Magistr Tələbə Hökumətinin texniki dəstəyi ilə keçirilir.