AzMİU tələbələri “Lafargeholcim Awards” müsabiqəsi barəsində məlumatlandırılıb
2017-03-16 16:14:43
Martın 16-da AzMİU-da 5-ci beynəlxalq “Lafargeholcim Awards” müsabiqəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lafarge Holdinq Şirkətinin marketinq, brendinq, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Mehdi Mehdiyev tələbələrə müsabiqə barədə geniş məlumat verib. M.Mehdiyev qeyd edib ki, müsabiqə ekologiya, su təsərrüfatı, meliorasiya, inşaat, tikinti layihələrini özündə əks etdirir. Layihələr qlobal və regional olmaqla 2 istiqamətdə aparılır və yer tutan layihələrə pul mükafatları verilir. Gənc mütəxəssislər və universitet tələbələri üçün nəzərdə tutulmuş  “Gələcək Nəsil” kateqoriyasında 1-ci yer tutmuş layihə üçün mükafat 25 min , 2-ci yer üçün 15 min, 3-cü yer üçün isə 10 min ABŞ dolları təşkil edir. Müsabiqəyə layihə qəbulu 1 iyul 2016-cı il tarixində başlayıb, bu il martın 21-də tamamlanacaq.  
            AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi İlqar Əliyev də bu layihədə “Qızıl Mükafat”a layiq görülüb. İ.Əliyev layihədə iştirakı barədə tələbələri məlumatlandırıb və öz təcrübəsini tələbələrlə bölüşüb.
          Sonda tələbələri maraqlandıran suallara cavab verilib və  milli Holcim mükafatına həsr olunmuş video çarx  nümayiş olunub.
         Məlumat üçün qeyd edək ki, Holcim (Azərbaycan) ASC “LafargeHolcim mükafatları” müsabiqəsinin Azərbaycan üzrə tərəfdaşıdır.