AzMİU xaricdə təhsil sərgisində iştirak edir
2017-03-16 15:16:19
Türkiyənin paytaxtında  Ankara Sheraton Hoteldə martın 11-dən-18-dək beynəlxalq təhsil sərgisi keçirilir. Türkiyənin tanınmış Akare “Xaricdə təhsil sərgiləri” şirkətinin təşkilatçığı ilə gerçəkləşən sərgidə 10 ölkədən 100  universitet iştirak edir. Amerika, İngiltərə, İtaliya, ispaniya, İsveç, İsveçrə, Kanada, Almaniya, Avstraliya, Macarıstan, Latviya, Rusiya və digər ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edirlər.
         AzMİU-nu sərgidə Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə və fakültənin müfəttişi İsa Muradov təmsil edirlər. Sərgi çərçivəsində onlar ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil, təcrübə və treninqlər üzrə proqramlar təqdim edirlər. Universitetimizin təmsilçiləri sərgi iştirakçılarını AzMİU, fakültələr, qəbul prosesi, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı məlumatlandırırlar.