AzMİU-da Novruz bayramı münasibəti ilə bütün işçilərə 200 manat pul mükafatı veriləcək
2017-03-15 22:14:28
Azərbaycan Memarlıq və İnşaat Universitetində Novruz bayramı münasibəti və universitet əməkdaşlarının sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədi ilə ştatda olan  bütün işçilərə pul mükafatları veriləcək.
           AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin professor-müəllim heyətinə, kafedra və şöbə müdirləri, dekan, dekan müavinləri və digərlərinə 200 manat məbləğində maddi yardım ediləcək.
          Onu da qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində də AzMİU rektoru müəllimlərin maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardımların verilməsi barədə əmr imzalamışdı.