Ombudsman Aparatı AzMIU-nu mükafatlandırıb
2017-01-06 15:58:02
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın timsalında AzMİU-nu  Fəxri Fərman və Azərbaycan Respublikasının dövlət himnini səsləndirən xatirə medalı ilə təltif edib.  
          Ombudsman Aparatı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunmuş və ilk Ombudsman təsisatının yaradılmasının özülünü qoymuş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 15-ci ildönümü münasibəti ilə AzMİU-nun rektorunu mükafatlandırıb. Eyni zamanda savadlı kadrların yetişdirilməsində, gənclərin ictimai fəallıq, ünsiyyət və liderlik bacarıqlarının formalaşdırılmasında, insan hüquq və azadlıqlarının təmini istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsində uzun illər səmərəli əməkdaşlıqda AzMİU rəhbərliyinin rolu yüksək qiymətləndirilib.