Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən tələbələrə təlim keçirilib.
2016-12-26 11:39:36
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən “İT karyerasının inkişafı” mövzusunda seminar keçirilmişdir.

Seminarda əsas məqsəd tələbələrin informasiya texnologiyalar sahəsinə marağının artırılması və sahə üzrə karyera qurmaq istəyənlərə ətraflı məlumatların verilməsi idi. Tələbələrə nazirliyin həyata keçirdiyi layihələr, o cümlədən elektron hökumət həlləri barəsində geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarda çıxış edən RYTN Elektron Hökumət Təlim-Tədris Mərkəzinin rəhbəri Rauf Cabarov tələblərə İT sahəsinin istiqamətləri və su istiqamətlər karyera qurmaq üçün yol xəritəsi barədə danışmış, gələcək iş imkanları və perespektivlər barədə məlumat vermişdir. Təlimdə çıxış edən İKT mərkəzinin direktoru Sərxan Talıbzadə tələbələrə hansı sahədə mütəxəssis olmalarından asılı olmayaraq İnformasiya Texnologiyalarının əhəmiyyətindən danışmış, karyera pilləsində sürətli qalxmaq üçün izləməli olduqları fəaliyyət ardıcıllığı barədə məlumat vermişdir.

Tədbirin sonunda seçilmiş üç tələbəyə endirimli hədiyyə kuponu təqdim edilmişdir

Qeyd edək ki, mərkəz tərəfindən  mütəmadi olaraq  Elektron Hökumət və İnformasiya Texnologiyaları mövzsunda seminarlar və təlimlər təşkil ediləcəkdir.