İT texnologiya sahəsində karyera imkanları adlı seminar keçirilib
2016-12-21 12:45:17
AzMİU-nun Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Code Academy şirkəti bu gün universitetin Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri üçün “Texnologiya sahəsində karyera imkanları” adlı  seminar keçirib. Seminarda Code Academy-nin qurucularından biri, İT sahəsində böyük təcrübəyə malik Efe Mustafa Ünal və Yüksək texnologiyalar parkında İnkubasiya Mərkəzinin rəhbəri Ülvi Aslanov çıxış edib. Qonaqlar texnologiya sahəsindəki yeniliklərdən və bu sahənin geniş imkanlarından danışıb, tələbələrə zəmanətli təhsil modeli barədə məlumat verib, onlar üçün yaranmış fürsətləri təqdim edib, tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.