Branderburq Texniki Universitetinin nümayəndəsi Universitetdə təşkil olunan görüşlərdə iştirak edir
2016-10-04 10:13:17
Almaniyanın Branderburq Texniki Universitetinin nümayəndəsi Eduard Völker Universitetdə təşkil olunan görüşlərdə iştirak edir. Oktyabrın 3-də Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsində fakültə dekanı Zakir Musayev iştırakı ilə görüş keçirilmişdir.  Görüşdə Eduard Völker bu sahə üzrə hazırladığı prezentasiyası ilə çıxış etmişdir. Eyni zamanda görüşdə Ali riyaziyyat kafedrasının müdiri Fuad Lətifov, Starteji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova və fakültə müəllimləri iştirak etmişdir.