06.04.2016-cı il tarixində Aprelin 6-da Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli adına Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
2016-04-08 15:36:23

Aprelin 6-da Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli adına Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib .
Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merabi Xalvaşi bu iki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış və bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Sonra memorandum imzalanıb. Sənədi AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və Batumi Dövlət Universitetinin rektoru professor Merabi Xalvaşi imzalayıb. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
Həmin mərasimdə "ST və MKS" fakültəsinin dekanı Zakir Musayev, "HTQ və hidravlika" kafedrasının dosenti Fail İsmayılovda iştirak etmişdir.