Mövlana Mübadilə Proqramına sənəd qəbulu elan olunur !
2016-03-02 10:38:51
Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyədə təhsil almaq arzusunda olan tələbələr və mübadiləyə qoşulmaq istəyən müəllimlər sənədlərini 23-27 fevral 2016-cı il  tarixlərində Xarici Əlaqələr şöbəsinə təqdim etməlidirlər *.
 
Tələbələr üçün qəbul şərtləri:
  • 1, 2, 3-cü kurs bakalavr və ya 1-ci kurs magistr tələbəsi olmalı;
  • Bakalavrların orta qiymət balı 4 ballıq sistem üzərindən minimum 2.5, magistrlərin 3 olmalı;
  • Türk (uyğun olaraq həm də ingilis) dili biliklərinə malik olmalıdırlar.
 
Müəllimlər mübadiləyə qatılmaq istədiyi sahə ilə bağlı fəaliyyəti, iştirak etdiyi layihələr, hazırda gördüyü işlər və mübadilə dövründə fəaliyyət sahəsinə uyğun verəcəyi dərs, layihə və ya iş planının yer aldığı akademik portfolyo əsasında seçiləcəklər.
 
* Müəllimlər dərs verə bilmək üçün yetərli türk və ya ingilis dili biliklərinə malik olmalıdırlar.
 
 
 
Proqram, uyğun universitetlər və doldurulmalı sənədlər haqqında ətraflı məlumatı
  • universitetin saytından (http://azmiu.edu.az/pages/getPage?p=movlane),
  • Xarici əlaqələr şöbəsinin facebook səhifəsindən (İnternational Relations Department of AUAC-AzMIU)  əldə etmək olar.
 
 
 
Əlavə məlumat və sənədləri təqdim etmək üçün Xarici Əlaqələr Şöbəsinə (əsas bina, IV mərtəbə, 414, tel.434 15 97) müraciət edə bilərsiniz.