İxtisasartırma fakültəsi

        Yaranma tarixi və məqsəd. 1976-cı ildən fəaliyyət göstərən bu fakültənin əsas təhsil istiqaməti idarə və təşkilatların rəhbər işçilərinin peşə və ixtisas biliklərini artırmaqdan ibarətdir. Fakültəyə ardıcıl olaraq dosentlər S.Ə. Abdilov (1975 - 1996), R.S. Mahmudov (1996 - 1999), N.İ.Əliyev (2001-2004), S.B.Məmmədov (2004-2008) rəhbərlik etmişlər. Dos.C.N.İmaməliyeva 2008-ci il iyul ayının 10-da  İxtisasartırma  fakültəsinin dekanı seçilmişdir.Bu günə qədər dekan vəzifəsində fəaliyyət göstərir.

Tədris iki formada: istehsalatdan ayrılmaqla və ayrılmamaqla aparılır. Elmi Şuranın 22.05.2018-ci il tarixli qərarı və 149 b/m saylı əmrə əsasən 3 ay müddəti 1 ay müddətinə endirildi.İldə iki dəfə olmaqla keçirilir.

Universitetimizə göndərilən digər təhsil müəssisələrinin müəllimləri üçün stajkeçmə kursları təşkil edilir. Onlar universitetin uyğun kafedralarında təcrübə mübadiləsi keçir, kitabxana, kompüter və digər müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda elmi- tədqiqat işi aparırlar.

2009-cu il noyabrın 6-da İxtisasartırma fakültəsinin nəzdində “Maarif Tədris Mərkəzi” yaradılmışdır. Həmin mərkəzdə«Xarici dil»(İngilis, rus, alman), Windows, Word, Exsel, Power Point, İnternet, Photoshop, Corel Draw proqramları üzrə informasiya texnologiyası (kompüter), Autocad, Archicad, 3D-MAX  proqramları üzrə (kompüter), Lira SAPR, Monamax SAPR proqramları üzrə (kompüter), Magistraturaya hazırlaşan tələbələr üçün (Məntiq, İnformatika, Xarici dil ) kursları keçirilmişdir.

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi,11.
Tel:  (+994 12) 537 11 34
mob: (+994 50) 206 00 74
E-mail:  iaf@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.