İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyası

«İnşaat   Materialları  Elmi Tədqiqat və Sınaq Laboratoriyası»
     
         2006-cı  ildə  Universitetin  nəzdində  «İnşaat   Materialları  Elmi Tədqiqat və Sınaq Laboratoriyası»  yaradılmış və Azərbaycan  Milli Akkreditasiya sistemində  texniki səlahətliliyə və müstəqilliyə  akkreditasiya olunmuşdur. 2012-ci ildə laboratoriya İSİ/İEC 17025:2009 “Sinaq və kalibrləmə laboratoriyalarının salahiyyətliliyinə ümumi tələblər” satandartına uyğun akkreditasiya olunmuşdur.
       «İnşaat   Materialları  Elmi Tədqiqat və Sınaq Laboratoriyası» təsərrüfat  hesablı əsaslarla fəaliyyət göstərir. Laboratoriya tikinti şirkətləri və ilə müqavilələr əsasında  bir şox inşaat materiallarının sinağını həyata keçirir.  Bu şirkətlər arasında  “ALTES QROUP”, “Asfen” şirkəti, “Şans Construction” qropu, “Xəzər Dəniz Gəmiciçilık idarəsi”  “Qlobal İnteriores Qroup”,   “Alfa LTD” Bunlara misal olaraq:
▪ beton tərkibinin layihələndirilməsi və betonun sınanılması
▪ asfaltbeton tərkibinin layihələndirilməsi və asfaltbrtonun sınanılması
▪ armaturun sınanılması
▪ portlandsementin  sınanılması
▪ inşaat hava əhənginin sınanılması
▪ gips yapışdırıcılarının sınanılması
▪ keramika məmulatlarının sınanılması
▪ təbii daşların  sınanılması
▪ iri  və xırda doldurucuların sınanılması
▪ bitumun sınanılması
Bu sınaqlar müasir tələblərə uygun yeni avadanlıqlarda həyata keçirilir.
“İnşaat Materialları Elmi Tədqiqat və Sınaq Laboratoriyasının müdiri t.e.n., d professor İradə Nüsrət qızı Şirinzadədir. İ.N.Şirinzadə 1963-cü ildə Ağdam rayonunda anadan olub. O 1980-1985-ci illərdə  Azərbaycan İnşaat mühəndisləri İnstitunun  İnşaat Texnologiya  fakultəsində təhsil almış və İnstitutu bitirdikdən hal-hazırki vaxtadək  “İnşaat matüerialları” kafedrasında işləyir. 1988-1992-ci illərdə D.İ.Mendeleyev adına Moskva Kimya-texnologiya İnstitunda məqsədli aspiranturada  namizədlik dissertasiyası müdafiə etmişdir.  2010-cu ildən isə elmlər texnika elmləri doktorudur. 2005-ci ildən indiyədək İ.N.Şirinzadə “İnşaat materialları”  kafedrasının müdiri vəzifəsində çalışır. Laboratoriyada yüksək ixtisaslı mütəxəssislər çalışır.
 
Mustafayev Məhəmməd Həbib oğlu – elmi işçi.
Əliyeva Könül Nüsrət qızı – baş laborant.
Əlaqə telefonları: (012) 438 67 91;  (012) 439 10 34;  (055) 712 23 81; (050) 753 39 39

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.