Mexanika və İnformasiya texnologiyaları fakültəsi

         Fakültə haqqında. Fakültə 1997-ci ildə “Mexanikləşdirmə və avtomatlaşdırma” adi ilə yaradılmışdır və rektorun 14.03.2013 tarixli, 98/ş-d sayli əmri ilə adı dəyişdirilərək“Mexanika və İnformasiya Texnologiyaları” adlandırılmışdır. Fakültəmizdə ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün 4 ixtisas üzrə bakalavr
səviyyəsində mütəxəssis hazırlığı aparır. Fakültənin dekanı Texnika elmləri
nazmizədi, dosent Sabir Baladin oğlu Məmmədov.

          Fakültədə təhsil. Fakültədə tədris azərbaycan, ingilis, rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır. Fakültədə 712 tələbə təhsil alır. Tələbələrin 98-i DS, 614-ü ödənişli əsaslarla təhsil alır. Hal-hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır.

Bakalavr pilləsi Magistratura pilləsi
050630 – Mexanika  mühəndisliyi
 
050625 - Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
 
050628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
 
050655 - İnformasiya texnologiyaları 
 -   Maşınların təmir möhkəmliyi və dinamikası
-   Tribotexnika
-   Maşınşünaslıq
 
 -   İnşaat yol maşınları və avadanlıqları
-   Qaldırıcı nəqliyyat maşın və avadanlıqlar
-   Texnoloji maşın və avadanlıqlar
 
 -   Texniki sistemlərdə idarəetmə və informatika
-   İinformasiya texnologiyaları
-   Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
 
-   İnformasiya sistemləri
-   İdarəetmədə informasiya sistemləri

           Praktika sahələri. AMEA-nın İdarəetmə Sistemləri İnstutu, SİNAM MMC, NBCBank ASC, Bakı Polad Zavodu, Sumqayıt Texnologiyalar Parkı, Azərtunel MMC, BAKIENERJİTİKİNTİ ASC.
           Tədqiqat   istiqamətləri. Yarım keçirici elementlər üzərində yaddaş elementlərinin qurulması, İnşaat maşınlarında dinamiki yükün optimallaşdırılması və onların detallarının elektrokimyəvi korroziyadan mühafizə olunması, texnoloji proseslərin identifikasiyasının adekvatlığı və nəzarətin dəqiqliyinin yüksəldilməsində informasiya texnologiyalarının yaradılması.
2003- cü ildə aparılan elmi-tədqiqat işlərinə görə 1 patent; 2005-ci ildə 1 Beynəlxalq patent, 2006-cı ildə 2 Beynəlxalq patent; 2007-ci ildə 3 patent və 1 Beynəlxalq ixtira;2008 – ci ildə 11 patent, bunlardan 5-i Avrasiya patenti; 2009-cu ildə 1 Beynəlxalq və 5 Avrasiya patenti;  2010- cu ildə 1Beynəlxalq patent alınmışdır.

2006-2014-cu illər ərzində respublika daxilində və xaricdə çoxlu sayda dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar çap olunmuşdur:
1.    T.İ.Aslanov, "Metallar texnologiyasının əsasları və tikintidə qaynaq işləri", 2006.
4.    A.R.Şərifov, A.M.Bayramov, “Tikintinin kompleks mexanikləşdirilməsi və texniki təchizatı”, 2006.
5.     Musayeva N.F. “Təcrübi verilənlərin işlənməsinin informasiya texnologiyaları”, 2007.
6.    Eyvazov E., Musayev C. “Nəzəri mexanika”, 2009.
7.    T.İ.Aslanov, "Qarşılıqlı əvəz olunma, standartlaşdırma və texniki ölçmələr" 2009.
8.    T.İ.Aslanov, X.A.Əsgərov, Z.Ə.Niftiyeva, "Metalların möhkəmliyi və plastikliyi", 2010.
9.    T.İ.Aslanov və başq. "Metalların mexaniki xassələri və möhkəmləndirilməsi", 2007
10.    T. A. Talıbov, “Nəqliyyat maşınları”, 2009.
11.    F.C. Məmmədov, T. A. Talıbov, A. M. Bayramov, “İnşaat maşınları”, 2010.
12.    Ə. H. Kərimov, “Yükqaldıran maşınlar və liftlər”,2006.
13.    E. Ə. Məlikov, “İstilik və iqlim qurğularında ölçmə və tənzimləmə texnikası”, 2008.
14.    A. Ə. Tağıyev, R. C. Məmmədova, S. B. Məmmədov, L. N. Rəhimov, “Tərsimi həndəsə” ,2012.
15.    T. Əliyev, "Defektlərin yaranmasının rəqəmsal səs monitorinqi". 2012
16.     T. Əliyev, "Siqnalların emalında küylərin analizi üçün robast texnologiyalar.". 2012
 17.    T.Əliyev, "Zəlzələ fəlakətlərinin minimumlaşdıran noise texnologiyaları.". 2012

  Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir:

İnformasiya texnalogiyaları və sistemləri kafedrası.
Texnoloji maşın və avadanlıqlar kafedrası.
Tərsimi həndəsə və mühəndis qrafikası kafedrası.

 Əlaqə:

Ünvan: Az 1073, Bakı, Sultanova küçəsi 11, 1-ci tədris binası , otaq 1313
Tel: (+994) 12 539 05 73
Rəsmi Facebook səhifəsi: https://www.facebook.com/AzMIU.MAF1/?ref=br_rs
E-mail: mit@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.