Tikinti-iqtisad fakültəsi

Yaranma tarixi. Azərbaycan İnşaat Mühəndisləri  İnstitutunun  ən böyük fakültəsi “İnşaat” fakültəsi olduğundan(beş minə yaxın tələbəsi var idi) 1990-ci ildə  İnstitutun Elmi Şurasının ərarı ilə iki yerə bölünərək“İnşaat-I” və “İnşaat-II” müstəqil fakültələrə çevrildi. 1991-ci ildə yenidən İnstitutun Elmi Şurasının qərarı ilə  “İnşaat-II” fakültəsinin adı dəyişdirilərək “Tikinti-iqtisad” olmuşdur.
“Tikinti-iqtisad” fakültəsində  iki ixtisas üzrə kadr hazırlanırdı:

  1. “Sanaye və mülki tikinti”;
  2. “Tikintinin iqtisadiyyatı və idarə olunması”.

Qeyd edək ki, “Tikintinin iqtisadiyyatı və təşkili”  ixtisası ilk dəfə olaraq 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakültəsinin  tərkibində yaranmışdır. Sonradan bu ixtisas “Tikintinin iqtisadiyyatı və idarə olunması” adlandırılmışdır.
Fakültənin ilk dekanı “İnşaat mexanikası” kafedrasının dosenti Əliyev Telman Xurşud  oğlu olmuşdur.O, fakültəyə iki dəfə dekan vəzifəsinə seçilərək, 1990-2000-ci illərdə  fakültəyə rəhbərlik etmişdir.
2000-ci ildən fakültəyə “İnşaatın iqtisadiyyatı”kafedrasının  dosenti, əməkdar müəllim Məmmədova Nazimə Nağı qızı rəhbərlik etmişdir.
Dos. Məmmədova N.N. iki dəfə “Tikinti-iqtisad” fakültəsinə dekan vəzifəsinə seçilərək 2000-2011-ci illərdə fakültəyə rəhbərlik etmişdir.
Nazimə Nağı qızı Məmmədovaya 2006-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Hal-hazırda fakültənin dekanı“Xidməti sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti  Qəribov Rahad Tanrıverdi oğludur.
Fakültə.Hal-hazırda fakültədə 1217 əyani və 15 qiyabi bakalavr təhsil alır,  12 nəfər doktorant elmi tədqiqat işi ilə məşğul olur.
Beynəlxalq əlaqələr. Avropa Birliyinin “ERASMUS”mübadilə proqramı çərçivəsində fakültənin tələbələri 2013-2015-ci illərdə İspanya və Litvada təhsil almaq hüququ qazanmışlar.Bundan başqa Türkiyə Respublikasının “MÖVLANƏ” beynəlxalq tələbə-magistr mübadilə proqramı çərçivəsində Sakarya Universitetində təhsil almışlar. Tələbələrimiz həmçinin Şimali Kipr Türk Respublikasında Doğu Akdeniz Universiteti və İstanbul Böyük şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq yay təcrübə proqramlarında aktiv iştirak etmişlər.
Fakültədə tədris. Fakültədə tədris azərbaycan, rus və ingilis dillərində olmaqla, əyani və qiyabi formada aparılır.
Hal-hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı aparılır:

Bakalavr pilləsi üzrə
  1.  
Sənayenin təşkili və idarə olunması 050405
  1.  
Menecment 050407
  1.  
Marketinq 050408
  1.  
Biznesin idarə edilməsi 050409
Magistr pilləsi üzrə
  1.  
Sənayenin təşkili və idarə edilməsi 060405
  1.  
Menecment 060407
  1.  
Marketinq 060408

Fakültədə  dörd kafedra fəaliyyət göstərir:

  1. Xidmət sahələrinin iqtisadiyyatı və menecment- kafedra müdiri i.e.d.,prof Məmmədov Məhəbbət Aşır oğlu
  2. İqtisadi nəzəriyyə və marketinq- kafedra  müdiri i.e.n.,dos.Ağayev Asəf Mirzə oğlu
  3. Sənayenin təşkili və idarə edilməsi –kafedra müdiri i.ü.f.d. Əliyeva Rühəngiz Tofiq qızı
  4. Əcnəbi dillər –kafedra müdiri  f.e.n.,dos.Məmmədova Aygün Cahan qızı

Fakültədə 5 professor, 26 elmlər namizədi-dosent, 24 baş müəllim, 12 müəllim və assisent heyyəti çalışır.
 
       Fakültənin praktika sahələri. Fakültədə təhsil alan tələbələr Azərbaycan Respublikası Auditorlar palatasında,“Standart İnsuarance”-sığorta şirkətində, “Azəri” çox profilli inşaat firmasında, “Neft-qaz” tikinti tresti SOCAR-da, “Azər İnşaat” layihə institutunda, “AECOM  EXP”  Rusiya limited şirkətinin Azərbaycan Respublikası filialında , “Caspian Servise” MMC-də , “Təlim tədris və sertifikatlaşdırma” idarəsində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, “Maşınqayırma Texnologiyası” Elmi tədqiqat İnstitutunda, EF İnşaat LTD MMC-də, ARDNŞ-SOCAR-da, “Az VİRT” MMC-də istehsalat təcrübəsi keçirlər.
      Tədqiqat   istiqamətləri: Fakültənin kafedralarının elmi  tədqiqat  işinin əsasını müasir şəraitdə tikinti  məhsulları  bazarının  marketinq tədqiqatı və onun xüsusiyyətləri, bazar iqtisadiyyatı şəraitində biznes müəssisələrində maliyyə və onun risklərdən qorunması mexanizmlərinin təkmilləşdirilməsinin istiqamətləri, tikintidə ekoloji təhlükəsizliyin problemləri və onların həlli yolları, müasir iqtisadiyyatın şaxələndirilməsi şəraitində əsas kapitala investisiyaların səmərəliliyinin yüksəldilməsi problemləri.
 
Tikinti-iqtisad fakültəsində tədris olunan fənlər üzrə azərbaycan və rus dillərində aşağıdakı dərsliklər çap olunmuşdur:

  1. İ.Ə.Mehdiyev, Ə.B.Əliyev,L.A.Məmmədova, Q.Ə.Qasımov “Daşınmaz əmlakın iqtisadiyyatı”, 2011
  2. M.A. Məmmədov , Ə.M.Əliyev “Tikintidə menecment” 2013
  3. A.İ. Xəlilov, A.X. Nəbiyev  “Tikinti biznesində firma iqtisadiyyatı və sahibkarlıq” 2014
  4. T.T.Aslanova “Biznesin planlaşdırılması” (tikintidə) dərs vəsaiti. Bakı 2012
  5. İ.A.Mehdiyev, Ə.B.Əliyev,L.A. Məmmədova, M.Ə.Əzizova “İnformasiya iqtisadiyyatı” Dərslik. 2011
  6. Ə.B.Əliyev, M.Ə.Əzizova “Tikintinin iqtisadiyyatı” Dərslik2013
  7. Ə.B.Əliyev, İ.Ə.Mehdiyev “İnvestisiyaların analizi və idarə olunması” Dərslik2013
  8. H.K. Həsənov “Müəssisənin iqtisadiyyatı”  Dərslik, 2014
  9. i.e.d.,prof,Natiq Əliyev, i.e.d.,prof,Məhəbbət Məmmədov. Yanacaq enerji kompleksi inkişafı və idarə edilməsində iqtisadi proqramlaşdırma amili Bakı 2013, 245 səh
  10.  i.e.d .,prof.  Məmmədov M.A , dos Əliyev Ə.M “Tikintidə menecment” dərslik, 2014 (nəşrdə)
  11. dos.A.M.Hüseynova, b.m. Ələkbərova L.Ə.Statistika - (rus dilində) dərs vəsaiti Bakı 2010 
  12. b.m.A.C.Binnətov “İqtisadi təhlilin əsasları”dərs vəsaiti - Bakı 2014
  13. dos.E.M.Yusifov, dos.A.Q.Novruzova Korporativ idarəetmə- dərs vəsaiti. Bakı 2014
  14. b.m.A.C.Binnətov “Azərbaycanda daşınmaz əmlak bazarında rieltor xidmətlərinin təşəkkülü və inkişafı”- monoqrafiya. Bakı 2014
  15. Strateji menecment və İqtisadiyyatın idarəedilməsində  proqramlaşdırma. Əliyev Ə.M - Metodik göstəriş, Bakı-2013 
  16. Ə.B.Əliyev “Diversifikasiya fəaliyyətində innovasiya sistemində stimullaşdırıcı faktorların işlənib hazırlanması”, kollektiv monoqrafiya, 2018
  17. R.T.Əliyeva, Экономика дорожного строительства (Dərs vəsaiti), Издательство «MSV  NƏŞR» Баку-2018
  18. Ə.B.Əliyev «Методы исследования» (dərs vəsaiti), “MSV NƏŞR”, Bakı – 2018,
  19. Ə.B.Əliyev “Tədqiqat üsulları” (dərs vəsaiti), Bakı – 2018,
  20. Ə.B.Əliyev «Методы исследования», proqram, Bakı – 2018,
  21. 6. Ə.B.Əliyev « Tədqiqat üsulları », proqram, Bakı – 2018,

  22. Ə.M.Babaşov, A.X.Nəbiyev, R.T.Əliyeva, A.N.Səfərov “ Sənayenin təşkili və idarə edilməsi” proqram, Baki 2018

  23.  R.T.Əliyeva, Организация и управление в промышленности (metodik göstəriş), Издательство «MSV  NƏŞR» Баку-2018

  24. Ə.B.Əliyev, “Erqonomika və istehsalatda təhlükəsizlik”, “MSV  NƏŞR”, Баку-2018, 196 səh.

  25. Ə.B.Əliyev, F.P.Rəhimov, “Azərbaycanda mənzil problemləri və onun həllinin sosial-iqtisadi əhəmiyyəti”, monoqrafiya, Bakı-2019, 272 səh.

  26. Ə.M.Babaşov, A.X.Nəbiyev, A.N.Səfərov “Sənayenin təşkili və idarə edilməsi” (dərs vəsaiti), Baki 2017, 336 səh.

  27. H.K.Həsənov, “Tikinti müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili” (dərs vəsaiti), AzMİU Nəşriyyat-Polioqrafiya Mərkəzi, Bakı – 2016, 308 səh.

  28. H.K.Həsənov, “Экономика недвижимости”, (dərs vəsaiti), AzMİU Nəşriyyat-Polioqrafiya Mərkəzi, Bakı – 2016, 581 səh.

Dekan – Dosent Qəribov Rahad Tanrıverdi oğlu
Mob: (+994 50) 333-83-31

Dekan müavini – Dosent Aslanova Turan Tofiq qızı

Dekan müavini – Baş müəllim Binnətov Arif Cavad oğlu
Mob:  (+994 50) 717-37-01

Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11
Tel: (+99412) 538-94-74
E-mail: tif@azmiu.edu.az

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.