Nəqliyyat fakültəsi

                                                                               

  

 

 

 

Nəqliyyat Fakültəsi

 

Ünvan: Bakı – 370073, A. Sultanova küçəsi, 11, I tədris korpusu, V mərtəbə

Dekan: t.e.n., dosent Elçin Nazim oğlu Yusifzadə

Telefon: 539-05-79

Professor-müəllim heyəti: 7 professor, 39 dosent, 25 baş müəllim,  5 assistent

Təhsil alanlar: Ümumi tələbələrin sayı 891 nəfərdir ki, bunlardan,829 nəfər əyani, 62 nəfər qiyabi təhsil alır.

Nəqliyyat fakultəsi 1975-ci ildə yaradılmışdır. Fakultə ilk dövrlərdə “Yol inşaat” fakültəsi adlanmışdır. Yaradıldığı ildən başlayaraq fakültəyə ardıcıl olaraq professor R.M.Əliyev (1975-1976), N.Ə.İsrafilov (1976-1986), dosentlər R.Q.Əskərbəyli (1986-1996), F.M.Cəfərov (1997-2000), Y.M. Piriyev (2000-2013) rəhbərlik etmişlər. Fakültə nəzdində 4 kafedra fəaliyyət göstərir, bunlardan ikisi ixtisas kafedrasıdır:

1. “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili”

2. “Geomatika”

3. “Mexanika”

4. “Fizika”

Fakültənin idarəetmə orqanları Elmi Şura və dekanlıqdır. Fakültə Elmi Şurasının tərkibi 13 nəfərdən ibarətdir (2 nəfər elmlər doktoru, professor, 7 nəfər elmlər namizədi, dosent, 2 nəfəri baş müəllim, 2 nəfər tələbə). Fakültə Elmi Şurasına fakültənin dekanı dosent Yusifzadə E.N. rəhbərlik edir. “Nəqliyyat” fakültəsində bakalavriat səviyyəsində 4 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Fakültədə ixtisaslar üzrə mütəxəssis hazırlığı aşağıdakı kimi aparılır:

 1. 050705 “Yer quruluşu, torpaq və şəhər kadastrı”

 2. 050640 “Geodeziya və xəritəçilik mühəndisliyi”

3. 050622 “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”

4. 050636 “Nəqliyyat tikintisi mühəndisliyi”

“Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrası

            Kafedranın əsası 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin nəzdində “Yolların tikintisi və istismarı” kafedrası adı ilə qoyulmuş, 1976-cı ildən həmin adla AzMİU-nin tərkibində fəaliyyət göstərmiş və 1977- 1996-cı illərdə “Avtomobil yolları, körpülər və tunellər” kafedrası adlandırılmışdır. 1996-cı ildən kafedra buraxılış ixtisaslarına uyğun olaraq “Nəqliyyat yolları, körpülər və tunellər” adlanmağa başlamışdır. Müxtəlif illərdə kafedraya professor R.M.Əliyev (1976-1985), dosent Y.M.Piriyev (1985-2000) rəhbərlik etmişlər. Kafedra əməkdaşlarının hazırladıqları yeddi dərslik, dərs vəsaiti və bir neçə metodik vəsait nəşr olunaraq tələbələrin istifadəsinə verilmişdir. Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti nəqliyyat yollarının və bu yollarda olan mühəndis layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki məsələlərin həllinə yönəlmişdir.                                                                                                                                                                             Kafedra əməkdaşlarının büyük bir qismi TRASEKA proqramı çərçivəsində tarixi “İpək yolu”nun bərpası üzrə layihələrdə fəal iştirak edirlər. Bundan əlavə kafedra əməkdaşları 1999-cu ildə respublikamızda “Yol haqqında” qanunun hazırlanması üçün Milli Məclis tərəfindən yaradılmış işçi qrupunun tərkibində fəal iştirak etmişlər. Kafedranın MDB və xarici ölkələrin ali məktəbləri ilə əlaqələri bu gün də davam etməkdədir. Hazırda “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasının  6 dosent, 12 baş müəllimi, 1 assistenti və 3 nəfər tədris köməkçi heyəti vardır. Hazırda kafedraya t.e.n., dos. T.M. Əhmədov rəhbərlik edir. 

                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Geomatika” kafedrası

Kafedra 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaranıb. Bu kafedranın təşkilatçısı Leninqrad şəhərindən dəvət olunmuş istedadlı alim L.İ.Lipman olmuşdur. 1976-cı ilə qədər kafedraya Azərbaycan dilində nəşr olunmuş ilk “Geodeziya”, “Mühəndis geodeziyası kursu” dərsliklərinin müəllifi, dos. M.N.Şəfiyev rəhbərlik etmişdir. 1975-ci ildə Zaqafqaziya regionunda ilk dəfə AzPİ-də yeni “tətbiqi geodeziya” ixtisasının açılması “Mühəndis geodeziyası” kafedrasının geniş profilli bir kafedraya çevrilməsində mühüm rol oynamışdır. Elə həmin vaxtdan AzMİU-nin tərkibində fəaliyyətə başlayan kafedra yalnız Azərbaycan deyil, keçmiş SSRİ üçün yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlamışdır. 1976-1981-ci illərdə kafedraya dos. Ş.Q.Mustafayev rəhbərlik etmiş və onun əməyi sayəsində kafedra üçün yüksək ixtisaslı kadrlar yetişdirilmişdir. 1981-1998-ci illərdə isə kafedraya t.e.n., dosent A.M.Mütəllimov rəhbərlik etmişdir.

Kafedranın əməkdaşları “Geodeziya və kartoqrafiya”, “Mühəndis geodeziyası”, “Geodeziya. Aeroçəkiliş” kimi ümumittifaq jurnallarında 120-dən artıq məqalə çap etdirmişlər. Keçən dövr ərzində kafedra əməkdaşları tərəfindən dövlət büdcəsi hesabına iki mühüm əhəmiyyətli elmi iş hazırlanmış və tətbiq olunmaq üçün istehsalata göndərilmişdir. Kafedra respublikada “Geodeziya və xəritəçəkmə” istiqaməti üzrə əsas baza hesab olunur. Bu sahə üzrə təhsil alan tələbələr əldə etdikəri nəzəri biliklərin tədris ilinin sonunda keçirdikləri 3 həftəlik çöl-tədqiqat təcrübəsi ilə möhkəmləndirirlər. Hazırda kafedranın 2 professoru, 6 dosenti, 12 baş müəllimi, 3 assistenti və  3 nəfər tədris köməkçi heyəti vardır və kafedraya f.r.e.n., dos. S.A.Qəniyeva rəhbərlik edir.

  

 

 

 

          

 

 

 

 

“Mexanika” kafedrası

Mexanika kafedrasının təşkili Azərbaycan Politexnik İnstitutunun yaranması dövrünə təsadüf edir. Kafedranın müdiri Azərbaycan dilində yazılmış “Materiallar müqaviməti” dərsliyinin ilk müəllifi olmuşdur. 1975-ci ildə AzİMİ müstəqil ali məktəbə çevrilərkən bu kafedranı da öz tərkibində saxlamışdır. Elə həmin ildən 1997-ci ilə qədər kafedraya görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor İ.A.Bəxtiyarov rəhbərlik etmişdir. Kafedranın ixtisaslı kadrlarla təmin olunmasında, onun üçün yeni kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur. Professor İ.A.Bəxtiyarovun rəhbərliyi ilə 3 elmlər doktoru və 28 elmlər namizədi hazırlanmışdır. “Mexanika” kafedrasının əməkdaşlarının  “Elastiklik və plastiklik nəzəriyyəsinin əsasları” “Tətbiqi mexanika”, “İnşaat qurğu konstruksiyalarını hesablanma üsulu” fənlərinə dair hazırladıqları dərslik, dərs vəsaiti və göstərişlər tələbələrin istifadəsinə verilmişdir. Bu dərsliklər içərisində mərhum prof. İ.A.Bəxtiyarovun “Materiallar müqaviməti” dərslikləri xüsusi əhəmiyyət kəsb edir. Kafedrada aparılan elmi-tədqiqat işləri  də xüsusi xüsusi diqqətə layiqdir.  Belə ki, son dövrlər kafedra əməkdaşlarının 372-dən artıq məqaləsi çap olunmuşdur. Kafedrada 3 professor, 16 dosent, 2 baş müəllim və 4 tədris-köməkçi heyət vardır.  Kafedraya t.e.d., professor İ.R.Sadıxov rəhbərlik edir.

“Fizika” kafedrası

Kafedra 1975-ci ildə təşkil olunmuş və ilk müdiri professor A.O.Mehrabov olmuşdur. Az vaxt ərzində “Fizika” kafedrası böyük inkişaf yolu keçmişdir. Hazırda o, müasir avadanlıqlarla, tədris və elmi-tədqiqat laboratoriyaları ilə təchiz olunmuş, güclü kadr potensialına malikdir. Kafedranın ən böyük nəaliyyətlərindən biri onun əməkdaşlarının dünyanın qabaqcıl elm mərkəzləri ilə geniş əlaqələr yaratmasıdır. Bu əlaqlər Amerika, İngiltərə, Almaniya, Macarıstan, Polşa, Türkiyə, Rusiya, Ukrayna və bir sıra ölkələrin aparıcı elm mərkəzləri ilə bu gün də davam etməkdədir. Kafedra Rusiya Federasiyasının qapalı müəssisələri olan “astrofizika”, “Uçuşları idarəetmə mərkəzi”, Ukrayna EA “İstilik fizikası”, “Metal fizikası”, Türkiyənin TÜBİTAK elm mərkəzi, Sankt-Peterburq Fizika-Texniki İnstitutu, Ural “Metal fizikası” və bir sıra digər elmi müsəssisələrlə birgə araşdırmalar aparmışdır. Bu əlaqələrin son nəticələri kafedra əməkdaşlarının namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapmışdır. Təhsil Nazirliyinin tövsiyəsi ilə kafedranın nəzdində 3 sərbəst elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Bunlar professor Q.H.Binnətlinin, prof. T.M.Pənahovun və prof. V.Y.Əliyevin rəhbərlik etdikləri “Nüvə qanma-rezonansı spektroskopiyası”, “Metal və ərintilərin fizikası”, “Yüksəktemperatur ifratkeçiricilik” laboratoriyalarıdır. Kafedrada 2 professor, 11 dosent, 1 assistent, 4 tədris-köməkçi heyət vardır.Hal-hazırda kafedraya f.r.e.d.prof. A.P.Abdullayev rəhbərlik edir. 

 

Dekanlıq:

Dekan: dosent Elçin Yusifzadə

Dekan müavini: Quliyev Etibar

Dekan müavini: Məcnunlu Könül

 

Ünvan: Bakı şəhəri, Az-1073, Ayna Sultanova küç.11, I tədris binası, 5-ci mərtəbə, 513-cü otaq

Əlaqələr: Tel: (012) 539 05 79

 Web: www.azmiu.edu.az

www.azmiuneqliyyat.com

 

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.