Memarlıq fakültəsi

Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi-  şəhərsalma, dizayn, abidələrin  bərpası  sahəsində  respublikanın  tanınmış  mütəxəssisləri  və  alimləridir.  Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri Şərəf, 2 nəfəri «Şöhrət» ordeni laureatı, 14 nəfəri   “Əməkdar memar,  2  nəfəri “Əməkdar müəllim”,  1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

   Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və  universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.  Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır.

Fakültədə  ölkənin inşaat və layihə sektorunun müxtəlif sahələri üçün Memarlıq ixtisasının Memarlıq, Dizayn və Şəhərsalma istiqamətləri üzrə bakalavr və magistr mütəxəssis hazırlığı aparılır. 2018-ci ildə dövlətlərarası imzalanmış müqaviləyə əsasən Milan Politexnik Universitetiylə birlikdə “İtaliya – Azərbaycan”  Dizayn mərkəzi yaradılmışdır.

BAKALAVR PİLLƏSİNDƏ:

Memarlıq,  Dizayn  və Şəhərsalma istiqamətləri.

  Beynəlxalq əlaqələri. 2006-cı ildə YUNESKO - nun xətti ilə ABŞ-ın Minnesota Universiteti ilə birlikdə İçərişəhər abidələrinin inventarlaşdırılması aparılmışdır. İtaliyanın «Romualdo Del Bianko» Fondu, Florensiya Universiteti və Avstriyanın Vyana Universitetinin memarlıq fakültəsiylə birgə layihələr həyata keçirilmişdir. 2008-ci ildə fakültənin əməkdaşları və bərpa ixtisası üzrə təhsil alan tələbələri Florensiya Universitetinin professor və tələbələriylə birlikdə UNESKO-nun xəttiylə Florensiyada və Bakıda keçirilən Work-Shop-larda istirak etmişdir. Layihə İçərişəhər nümunəsində memarlıq abidələrinin müasir tədqiqat metodlarına həsr olunmuşdur.

Fakültənin beynəlxalq təhsil əlaqələri genişdir: Türkiyə, Qazaxıstan, Gürcüstan memarlıq məktəbləri, İtaliyanın Florensiya, Milan Texniki,  Lissabon Universitetləri. Fransa Memarlıq məktəbləri Assosiasiyası REA –nın üzvü olaraq, həmin assosiasiya tərkibində beynəlxalq müsabiqələrdə iştirak edir.

Fakültə məzunlarının bakalavr və magistr pilləsi üzrə buraxılış işləri və dissertasiyaları MDB ölkələri memarlıq universitetləri (MOOCAO), İtaliyada keçirilən Beynəlxalq konfranslar və müsabiqələrdə, Fransa memarlıq məktəblərinin beynəlxalq REA birliyində layiqli şəkildə təmsil olunur. Müxtəlif  illərdə İtaliyanın «Del Bianko» fondunun Bakıda keçirilən regional festivallarında buraxılış işləri fəxri yerlərə layiq görülmüşdür. 1971-ci ildən MOOCAO-nun buraxılış işlərinin müsabiqələrində iştirak edən universitet həmişə yüksək uğurlara imza atmışdır.

2014-cü ilin oktyabrında   Azərbaycan Memarlıq və Inşaat Universiteti və  Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə buraxılış işlərinin XXIII beynəlxalq baxış – müsabiqəsi keçirilmişdir. Müsabiqədə 57 ali memarlıq məktəbi, eyni zamanda memarlıq və dizayn üzrə mütəxəssislər hazırlayan respublika universitetləri də iştirak etmişdir.

Fakültənin tələbə və magistrləri “Azərbərpa” ETLİ, “Azərdövlətlayihə”, “Azərtikintilayihə”, “Bakıdövlətlayihə” layihə institutlarında, “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda,  “PAŞAINŞAAT”, “EmbaWOOD”  kimi tanınmış şirkətlərdə istehsalat təcrübəsi keçir  və uğurla çalışırlar.

Tanınmış mütəxəssislərin «ustad-dərsləri» çərçivəsində (əməkdar memar Nəriman İmaməliyev, tanınmış italiylı memar Laura Peretti, ABŞ-ın Kolumbiya Universitetinin professoru Mark Xidekel, prof. Fəqan Əliyev) geniş və ətraflı mühazirələrin təşkili də  fakültədə ənənə halını almışdır

   Memarlıq fakültəsi universitetimizin ən qocaman elm-təhsil ocağıdır. Burada tədrisin, demək olar ki, bütün mütərəqqi  forma və metodlarından istifadə olunur.

Fakültənin müəllimləri və tələbələri fərdi yaradıcılıq sərgisi, buraxılış işləri və magistr dissertasiyası sərgilərinin təşkilində də fəallıq göstərirlər. Tələbələr respublikanın və universi-tetin  ictimai-siyasi həyatında əlamətdar hesab edilən tədbirlərdə, bayram şənliklərində, xeyriyyə aksiyalarında yaxından iştirak edirlər.

  • Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası.

     Kafedra müdiri: professor, əməkdar memar

Qasımzadə Elbay Ənvər oğlu

  • Memarlığın əsasları kafedrası.

       Kafedra müdiri: memarlıq doktoru, professor, əməkdar memar, 

       Nağıyev Nizami Həsən oğlu

  • Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası.

            Kafedra müdiri:  memarlıq doktoru, professor

            Hacıyeva Səbinə Xalid qızı

  • Landşaft memarlığı kafedrası.

     Kafedra müdiri: professor, memarlıq doktoru, əməkdar memar

    Həsənova Aybəniz Əşrəf qızı 

  • Dizayn kafedrası.

      Kafedra müdiri:, memarlıq üzrə fəlsəfə doktoru, dosent

      Bəkirova Təranə Şaiq qızı

  • Təsviri incəsənət kafedrası.

      Kafedra müdiri: əməkdar incəsənət xadimi, professor Avalov Elturan Vəli oğlu

  • Dekan - əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, professor

     Məmmədova Zahidə Gülməmməd qızı    

Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi 11

Tel : (+994 12) 539 10 15

E-mailmemarliq@azmiu.edu.az   

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.