“Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyası

2015-ci il 20 noyabr tarixindən etibarən Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində dövlət büdcəsi tərəfindən maliyyələşdirilən “Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyası fəaliyyət göstərir. su resurslarından kompleks istifadə məqsədiylə problem laboratoriyasının qarşısında duran əsas məsələlər bunlardır:
 
  • Suya qənaət edən mütərəqqi texnika və texnologiyaların tətbiqi üçün Abşeron şəraitində sınaq bazasının yaradılması (1 hektar sahədə laboratoriya korpusunun tikilməsi avadanlıqlar və suvarma texnikaları nəzərdə tutulur);

  • Su təminatını həyata keçirmək üçün müvafiq hidrotexniki qurğuların tikilməsi;

  • Suya qənaət edən mütərəqqi texnika və hidrotexniki qurğulardan istifadə edərkən ətraf mühitə və ekologiyaya təsirinin öyrənilməsi;

  • Su və torpaq resurslarından səmərəli istifadə və onların idarə edilməsi xarici investisiya layihələrinin problem laboratoriyaya cəlb edilərək tədqiqat aparılması nəzərdə tutulur.

  • bərabər bakalavr, magistr, doktorantların praktiki təcrübə və sınaq işlərinin də laboratoriyada həyata keçirilməsi nəzərdə tutulur.   

“Su Təsərrüfatı və Suyun Ekologiyası” laboratoriyasının rəhbəri t.e.d., professor Bəhram Hüseyn oğlu Əliyevdir.
 
Laboratoriyada həmçinin, yüksək ixtisaslı digər mütəxəssislər də çalışır.
 
E.R.Atababayev – böyük elmi işçi;
 
N.A.Qasımova – elmi işçi;
 
P.R.Davudlu – laborant;
 
A.F. Zeynalova – kiçik elmi işçi.
 
Əlaqə telefonu: 012 539 43 88

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.