İtaliya dizayn mərkəzi

       Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  İtaliya Respublikasının  Prezidenti  Sercio  Mattarellanın  iştirakı  ilə  sənədlərin imzalanması mərasimi olub.

       “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti  arasında Anlaşma Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzaladılar.        

      20.05.2019 cu il tarixində  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliyanın ölkədəki səfiri Auqusto Massarini, bir neçə universitetin rektoru iştirak edib. 

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova ötən ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb. O qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya - Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub. 

Rektor mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. “Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq”.

Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, mərkəz ölkədə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək: “Sevindirici haldır ki, bu gün ölkəmizdə bir neçə ali təhsil müəssisəsində dizayn ixtisası üzrə kadrlar hazırlanır. Ümid edirəm ki, bu mərkəzin imkanlarından nəinki AzMİU-nun müəllim, tələbə heyəti, həm də ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisəsinin əməkdaşları, müəllim və tələbə heyəti faydalana biləcəklər”.

İtaliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini də təbriklərə qoşulub, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Çıxışlardan sonra mərasim iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.

İtaliya Azərbaycan Dizayn mərkəzinin tərkibində  Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası fəaliyyət göstərir.

Sürətli Prototipləşdirmə Laboratoriyası:

Maket studiyası:

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi. 

Link: https://president.az/articles/29500

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi.

Link1: https://report.az/elm-ve-tehsil/azmi-u-da-i-taliya-azerbaycan-dizayn-merkezinin-acilis-merasimi-olub/

Link2: https://azertag.az/xeber/AzMIU_da_Italiya_Azerbaycan_Dizayn_Merkezinin_achilisi_olub__YENILANIB-1284679

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.