Təcrübə və Karyera şöbəsi

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrinin təcrübə keçmələri Təcrübə və Karyera şöbəsi tərəfindən  Azərbaycan Təhsil Nazirliyinin ali məktəb haqqında təlimatlarına uyğun olaraq planlaşdırılır. Hazırda şöbənin Respublikada fəaliyyət göstərən 80-a yaxın müəssisəsi ilə təcrübə yönlü əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçir. İstehsalat təcrübəsi müddətində tələbələrin tədris boyu yiyələndiyi nəzəri bilikləri təcrübədə tətbiq etmələri onların gələcək iş həyatlarında çox böyük rol oynayır.

     Şöbənin əsas vəzifələrindən biri 14 həftə davam edən istehsalat təcrübəsini izləmək və yaranan problemləri aradan qaldırmaqdır.

     Universitetin qarşısında duran mühüm məqsədlərdən  biri də gələcəkdə dövlətimizin iqtisadi inkişafında vacib yer tutan inşaat sahəsi üçün savadlı, bacarıqlı gənc mütəxəssislər yetişdirməkdir. Bu baxımdan universitetimizi bitirən  tələbə və məzunların gələcək karyeralarını qurmalarına dəstək olmaq universitetimiz üçün ən  vacib məqamlardan biridir. Bu istiqamətdə universitetin nəzdində yaradılmış karyera mərkəzi tələbələrin və məzunların birinci dəstəkçisidir.

     Karyera mərkəzində universiteti bitirmiş tələbələr haqqında “Məzun məlumat bazası”,  eləcə də  tələbə və məzunların CV bazası  yaradılmışdır.

     Karyera mərkəzində daima yenilənən “İşə düzəltmə” bölməsi də mövcuddur. Burada məzun və tələbələrin iş axtarışına dəstək olmaq üçün  müxtəlif sahələrdə fəaliyyət göstərən ən qabaqcıl müəssisələrlə əlaqə yaradılaraq, tələbələrin müsahibələrdə iştirakları üçün şərait yaradılır. Karyera mərkəzi tərəfindən öz karyeralarını uğurla qura bilmiş bir sıra  fəxri məzunlarımızın  iştirakı ilə seminarlar, təlimlər, treninqlər və s. tədbirlər təşkil edilir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.