Xarici əlaqələr şöbəsi

Xarici əlaqələr şöbəsi

XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİ

Yaranma tarixi və məqsəd. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna Vyetnam, İordaniya, Fələstin və Pakistandan gələn 25 xarici tələbə daxil olur. İnşaat fakültəsinin nəzdində xarici tələbələrin kuratorluğu yaranır. 1979-cu ildə tələbələrin sayı 100-ü keçir və bununla da Xarici Tələbələrin Təhsili üzrə Dekanlıq yaranır. 1984-cü ildə AzİMİ-də indiki Neft Akademiyasından sonra respublikada ikinci Xarici Vətəndaşlar üçün Hazırlıq Fakültəsi açılır. Burada 10 ay hazırlıq keçən xarici tələbələr fakültəni bitirdikdən sonra keçmiş SSRİ-nin bir çox institutlarında təhsilini davam etdirirdilər.
1984-cü ilə qədər institututn xarici əlaqələri o zamankı Elmi Tədqiqat bölməsinin tərkibində təşkil olunurdu. 1984-cü ildə isə Xarici Əlaqələr Şöbəsi yaradılır. Bu illərdə AzİMİ ilə Türkiyə, İran, Suriya, Əfqanıstan, Almaniya arasında əlaqələr inkişaf etdirilir. Türkiyənin 10-a qədər şəhərində − Batman, Ərzurum, İqdır, Ankara, Diyarbəkir, İstanbul, Antep, Sivas şəhərlərində AzİMİ-nin Tədris Məsləhət Mərkəzləri yaradılır ki, burada da İnşaat Mühəndisləri İnstitutunun müəllimlərinin ezamiyyətləri təşkil olunur.
Şöbənin aktiv fəaliyyəti sayəsində Avropada tam kurs təhsil, ixtisasartırma kursları, pedaqoji fəaliyyət və tələbə mübadilələri də təşkil olunur.
AzMİU-nun müəllimləri Çinə, Polşaya, Almaniyaya, Macarıstana, Çexoslovakiyaya ixtisasartırmaya, Hindistan, İndoneziya, Suriya və digər ölkələrdə 10 aylıq elmi stajkeçməyə, rus dili müəllimləri isə Amerika, İngiltərə, Fransa, Yaponiya, Polşa, Əfqanıstan, Kamboca, Tunis, Mərakeş, Mali, Qvineya, Yəmənə pedaqoji fəaliyyətə göndərilirdilər.
Eyni zamanda hər il yay aylarında Varşava Texniki Universiteti (Polşa), Bratislava Texniki Universiteti (Çexoslovakiya), Veymar Memarlıq və İnşaat İnsitutu (Almaniya) ilə 21 günlük tanışlıq istehsalat praktikası çərçivəsində tələbə mübadiləsi həyata keçirilirdi.    

Xarici əlaqələr şöbəsinin əsas məqsədi dünyanın inkişaf etmiş universitetləri (əsasən mühəndislik sahəsində fəaliyyət göstərən), elm mərkəzləri, elmə yardım edən beynəlxalq fondlar və təşkilatlarla əlaqələr qurmaq, universitetin profilinə və maraqlarına uyğun proqramlar və layihələr hazırlamaqdan ibarətdir. Bu şöbə həmçinin qurulmuş əlaqələr vasitəsilə müəllim və inzibati heyətin, o cümlədən tələbələrin xarci tərəfdaş universitetlərində ixtisasartırma, stajkeçmə və təhsil mübadiləsi proqramlarını təşkil etmək, müxtəlif beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və seminarların təşkilində də aktiv iştirak edir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.