AzMİU-nun IV kurs tələbələrinin nəzərinə!

     Tədris planına uyğun olaraq AzMİU-nun sonuncu kurs tələbələri VIII semestrdə 14 həftəlik istehsalat təcrübəsinə göndəriləcəkdir. Tələbələr universitet tərəfindən göndərilən təcrübə yerlərindən əlavə işlədiyi və ya təcrübə keçmək istədiyi müəssisələrdən məktub gətirərək, istehsalat təcrübələrini həmin müəssisədə də keçə bilərlər. Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktub aşağıdakı tələblərə cavab verməlidir:
• Müəssisə (şirkət, təşkilat) mütləq şəkildə tələbənin təhsil aldığı ixtisasa uyğun olmalıdır.
• Məktub rəsmi blankda, müəssisəsinin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır. (Məktub mütləq şəkildə nömrələnməlidir).
• Müəssisə haqqında qısa məlumat, tələbənin adı, soyadı, qrup nömrəsi və tam olaraq təcrübə keçəcəyi şöbə (və ya layihənin adı) qeyd edilməlidir.
• Müəssisənin əlaqə nömrəsi, ünvanı dəqiq qeyd edilməlidir.
• Obyekt tipli və ya müvəqqəti fəaliyyət göstərən kiçik müəssisələrdə istehsalat təcrübəsinin keçirilməsinə icazə verilmir.
• Son tarix: 30 noyabr 2019.
    Əlavə məlumat üçün “Təcrübə və karyera” şöbəsinə yaxınlaşa bilərsiniz.
I korpus, IV mərtəbə, 403 otaq.

27-09-2019