Bakıda Yoqa və Sağlamlıq Festivalı keçiriləcək

Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, “YARAT” ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır. Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Builki festival, “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə həyata keçiriləcək. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

Festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, habelə etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər yer alacaq.

12-09-2019