“Tikintinin iqtisadiyyatı və menecment” jurnalına məqalələrin qəbulu 01.11.2018-ci il tarixinə qədər davam edir



       Azərbaycan Memarlıq və İnşaat Unversitetinin “Xidmət sahələrini iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 02 dekabr 2015-ci il tarixində (4024 №-li) mətbu nəşrlərin reyestrinə, 17.10.2016 tarixində Beynəlxalq standart eyniləşdirmə nömrəsi (İSSN 2519-2507)   və 04.07.2018-ci il tarixli (protokol №11-R) qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir
 


      26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı (AzMİU) ilə professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransı keçirilib. Konfransın açılışında Kiyev Milli İnşaat və Memarlıq Universiteti, Ufa Dövlət Texniki Universitetinin, Memarlıq-İnşaat İnstitutu və digər universitetlərin, ölkəmizin digər aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyətinin və mütəxəssislərin, eyni zamanda dövlət qurumlarının, AMEA-nın Geologiya və Geofizika İnstitutunun, İqtisadiyyat İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları iştirak edirdilər.
         Konfransın açılışından  sonra konfrans işini bölmələrdə davam etdirdi. VI bölmə “İqtisadiyyat” bölməsində məruzələr Universitetin I korpusunda 1101 saylı auditoriyasında “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının təşkilatçılığı ilə keçirilmişdir. İclasın sədri, i.e.d., prof. M.A.Məmmədov tədbiri açıq elan edərək iştirakçılara uğurlu məruzələr arzuladı. Bu bölmədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan İqtisad Universitetinin professor-müəllim heyətinin, doktorant və dissertantlarının məruzələri dinlənildi. Eyni zamanda gənc tədqiqatçılara gələcək araşdırmalarında bir sıra məsləhətlər verildi.
  

2014 -2018-ci illər üçün Azərbaycan Memarlıq və İnşaat Universinin “Tikinti-iqtisad” fakültəsinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının elmi-tədqiqat işlərinin
5 (beş illik) P L A N I
    Elmi-tədqiqat işinin istiqaməti
 
 2014-2018-cı illər üzrə kafedranın “İqtisadiyyatın idarəedilməsində iqtisadi proqramlaşdırma amili və proqramların hazırlanması metodikası” mövzusunda büdcə  elmi-tədqiqat işinin planı  təsdiq olunmuşdur. ETİ-nin planına müvafiq olaraq kafedranın əməkdaşları təsdiq edilmiş mövzuların mərhələlər üzrə icrasını təmin edirlər. Mövzunun yerinə yetirilməsinə kafedra müdiri i.e.d. prof. Məmmədov  M.A rəhbərlik edir.
Elmi-tədqiqat işlərinin nəticələri ilə əlaqədar hesabat kafedranın 16 noyabr 2015-ci il tarixində keçirilmiş iclasında (03 saylı protokol), müzakirə edilərək təsdiq üçün TİF Elmi Şurasına tövsiyə edilmiş,  TİF-in 30 noyabr 2015-ci il tarixində keçirilmiş Elmi Şurasında (03 saylı protokol) təsdiq edilmişdir.

Elmi-tədqiqat işlərinin hesabatı


Azərbaycan Memarlıq və İnşaat Universiteti “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası ilə birgə “Tikintinin iqtisadiyyatı” elmi-praktiki jurnalın nəşrini başlayır.
            Məqsəd: tədqiqatçıların elmi nailiyyətləti, sahə üzrə mütəxəssislərin elmi-praktiki fəaliyyətləri ilə əlaqədar məlumatları geniş oxucu auditoriyasına çatdırmaq və onların iqtisadi və idarəetmə biliklərini zənginləşdirmək.