Türkiyənin Mövlanə Mübadilə Proqramı çərçivəsində
universitetimizin müəllimi Orta Doğu Texniki Universitetində olmuşdur
 
 
         10-17 noyabr 2014-cü il tarixlərində Mexanikləşdirmə və İnformasiya Texnologiyaları fakültəsinin baş müəllimi və Strateji planlaşdırma şöbəsinin müdiri t.e.f.d. Ülkər SəttarovaMövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki UniversitetininKompüterMühəndisliyi fakültəsində bir həftə təcrübə keçmişdir. Mübadilə dövründə Ü.Səttarova fakültənin elmi-texniki bazası, laboratoriyaları və tədris prosesi ilə yaxından tanış olmuşdur. Fakültə əməkdaşları qarşısında məruzə ilə çıxış edərək universitet haqqında məlumat vermiş və fakültədə görülən elmi işlərdən danışmışdır.
Fakültə dekanı ilə keçirilən görüş zamanı universitetlərimiz arasında mövcud əməkdaşlıq çərçivəsində birgə layihə hazırlamaq, məqalələr dərc etmək kimi təkliflər və keçirilən konfranslarda iştirak etmək üçün dəvət almışdır. Görüş zamanı fakültələr arasında memorandum imzalamaq təklifi də qərara alınmışdır. 



          Daha sonra Ü.Səttarova ODTUbilgisayar transfer ofisində və Türkiyədə 4-cü dəfə № 1olan “TexnoPark”- ın rəhbəri Tolqa Uzbulatla görüşlər keçirmiş və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.