Strateji inkişaf üzrə prorektor

t.e.f.d., dosent Ülkər Eldar qızı Səttarova
 
QISA BİOQRAFİK MƏLUMAT:
  • 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1993-2004-cü illərdə Bakı kompüter liseyində orta təhsilini almışdır.
  • 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2008-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya sistemləri ixtisası üzrə magist pilləsini fərqlənmə diplomu ilə bitirmişdir
  • 2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasının aspiranturasına qəbul olmuş və 2013-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
  • 2015-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda və Fransanın Monpelye Universitetində doktorluq elmi dərəcəsini almışdır
  • 2016-cı ildə elmi işinin davamı olaraq, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqat işi apararaq dosent elmi dərəcəsi almışdır.
  • 2004-2017-ci illər ərzində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
  • 2010-cu ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasında assistent, baş müəllim vəzifələrində çalışmışdır. Hal-hazırda adı çəkilən kafedrada dosent olaraq pedaqoji fəaliyyətini davam etdirir.
  • 2014-2018-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsini icra etmişdir.
  • 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
  • Ailəlidir, bir övladı var.
 
ELMİ FƏALİYYƏTİ
  • 90–dan çox elmi əsərin, 3 monoqrafiya və 2 ixtiranın (patent) müəllifidir. 6-sı  impakt faktorlu jurnal olmaqla, 40 -dan çox məqaləsi müxtəlif ölkələrdə çap edilmişdir.
MÜKAFATLAR
  • 2013-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti, “İlin müəllimi” mükafatına layiq görülmüşdür.
  • 2013-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən İKT sahəsində “İlin ən yaxşı elmi məqaləsi” mükafatına layiq görülmüşdür.
  • 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi münasibətilə Məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri diplomla təltif olunmuşdur.
 
TƏCRÜBƏ PROQRAMLARINDA İŞTİRAK
  • Orta Doğu Texniki Universiteti, Ankara
  • "Ali təhsildə liderliyə praktiki yanaşma" Oxford Təhsil və İnkişaf Akademiyası, Böyük Britaniya
  • Erasmus + "Backis proqramı" doktorantura/ Fransa, Montpellier 
  • "Beynəlxalq Keyfiyyətin Təminatı Proqramı", QAA, Böyük Britaniya
  • "Universitetlərdə karyera xidmətləri”, Leicester Universiteti, Böyük Britaniya
  • Erasmus+ proqramı, Bıdqoj Texniki Universitetində “Kompyuter elmləri” fənni üzrə mühazirə 
 
Əlaqə:
Ayna Sultanova, 11. I tədris binası, 306-cı otaq.
Tel: (+994 12) 539 05 77
       (+994 12) 539 10 45 (dax: 6-62)
E-mail: sd_vicerector@azmiu.edu.az