"İnşaatçı kadrlar" qəzeti

Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı kadrlar" qəzeti 1983-cü il iyunun 16-dan nəşr olunur. Qəzetin ilk redaktoru onun  nəşrə başladığı gündən bu günədək  həmin vəzifədə çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi Akif Nemət oğlu Hacıyevdir. 

Nəşr olunduğu ilk gündən "İnşaatçı kadrlar" qəzeti universitetdə aparılan təlim-tərbiyə işində, gənclərdə  vətənpərvərlik  hisslərinin aşılanmasında  rektorluğa, ictimai təşkilatlara və professor-müəllim heyətinə həmişə yaxından köməklik göstərib. 

Qəzetin səhifələrində universitetin, eləcə də respublikamızın tədris ocaqlarında çalışan təcrübəli müəllimlərin, elm, sənət adamlarının, ziyalıların maraqlı, aktual yazıları dərc olunur. 
"İnşaatçı kadrlar" qəzeti öz oxucularını yalnız universitetin həyatı ilə deyil, həm də ölkəmizdə və beynəlxalq aləmdə baş verən yeniliklərlə tanış edir. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun, professor-müəllim heyəti və tələbə kollektivinin mübariz tribunası olan "İnşaatçı kadrlar" qəzetinin fəaliyyəti, demək olar ki, bu tədris ocağının qaynar həyatı ilə həmişə sıx bağlı olub. 

Universitetin 40 ildə keçdiyi şanlı və şərəfli yol, əgər belə demək mümkünsə, bu qəzetin nömrələrində dərc olunmuş yazılarda, məktublarda və fotoşəkillərdə yaşayır. 
Ünvan : 

Az 1073, Bakı,
Ayna Sultanova küçəsi, 11

I tədris korpusu, IV mərtəbə

Redaktor: Akif  Nemət oğlu HACIYEV

Telefon: (+994 12) 539 10 45 (1-43)

İnşaatçı kadrla qəzetinin 1-ci sayı