Azərbaycan Memarlıq və İnşaat Universitetinin 
nəzdində fəaliyyət göstərən
Fizika-riyaziyyat təmayüllü lisey


Yaranma tarixi

AzMİU-nun nəzdində yaradılmış fizika-riyaziyyat təmayüllü lisey təbiət elmləri üzrə ixtisaslaşan VIII-XI siniflər üçün nəzərdə tutulmuş və Təhsil Nazirliyinin 07 yanvar 1997-ci il 12 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır. 2001/2002-ci tədris ilindən fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il 46-03-214/17 saylı məktubuna və AzMİU-nun rektoru, professor G.H.Məmmədovanın iyun ayının 2005-ci il tarixli 212/t-d əmrinə əsasən fəaliyyətini bərpa etmişdir.

Məqsəd

Liseydə təhsil alan şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, onların gələcəkdə yiyələnəcəkləri ixtisasların sirlərinə bələd olmağa istiqamətləndirmək, Azərbaycan Respublikasının prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 aylı əmrinə uyğun olaraq onların yaradıcılıq potensialını artırmaq, texniki ali məktəblərinə o cümlədən Universitetimizə daha istehdadlı şagirdlərin qəbul olunmasında müstəsna rol oynamaqdır.

Tədrisin keyfiyyəti

Dərin bilik, bacarıq, yüksək əxlaqi dəyərlər zirvəsinə gedən yol təlimlən keçdiyindən liseydə universitetimizin ən təcrübəli müəllimləri fəaliyyət göstərirlər. Onlardan 8 nəfəri elmi adlara malikdirlər, ( 1 elmlər doktoru, 7 fəlsəfə üzrə doktor). Dərslərin aparılmasında müasir tələblərə cavab verən əyani vasitələrdən geniş istifadə olunur. Liseydə şagirdlərin ixtiyarında olan ayrıca kompyüter otağı yaradılmışdır. Şagirdlərimiz Respublika səviyyəli olimpiyadalarda, Universitetimizdə təşkil olunan yaradılcılıq sərgilərində fəal iştirak edirlər. Liseydə şagirdlərin yüksək təlimlə yanaşı onların vətənpərvərlik və estetik tərbiyələnmələrinə ciddi fikir verilir. Məzunlarımız Universitetimizə və digər universitetlərə yüksək ballarla qəbul olunurlar. 
        Liseyin Nizamnaməsinə əsasən hər sinifdə şagirdlərin sayı 12-dən artıq olmur. 

Liseyə qəbul: 2019-2020-ci tədris ili üçün qəbul qaydaları aşağıdakı məlumatda yerləşdirilib.

AzMİU-nun nəzdində Fizika- Riyaziyyat təmayüllü liseydə Azərbaycan və rus bölmələrində  VIII, IX, X və XI siniflər mövcuddur. Təhsil ödənişlidir İllik təhsil haqqı 1200 (min iki yüz) AZN-dir.
    Liseyə qəbul müsabiqə yolu ilə ildə iki dəfə: hər il may ayının axırıncı həftəsinin və sentyabr ayının birinci həftəsinin üçüncü günü keçirilir. Müsabiqə riyaziyyat, fizika və ingilis dilindən sorğu üsulu ilə aparılır. 
Sənəd qəbulu aprel ayının 20-dən sentyabr ayının 1-nə qədərdir. Liseydə dərslərin tədrisində universitetin professor müəllim heyəti və həmçinin liseyin öz təcrübəli müəllimləri iştirak edir. Liseydə dərs deyən müəllimlərdən 1 nəfəri elmlər doktoru – professor, 7nəfəri isə fəlsəfə doktoru –dosentdir

Ünvan: Az 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi ,11,
Tel: (012) 539-54-48
Daxili Tel: 6-10

Liseyin direktoru : Pənahlı Pənah

Əlaqələndirici şəxs

Tel:          (050) 394-10-52 , (050) 569 75 54

E-Mail:     lisey@azmiu.edu.az