Prof. D.Y.İsmayılov
27.09.2017 tarixində İctimai fənlər kafedrasının professoru D.Y.İsmayılovun İnşaat fakültəsinin 207i qrupunda 709 (I) auditoriyasında Azərbaycan tarixi fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsdə İctimai fənlər kafedrasının müdiri dos. K.R.Əliyeva və kafedra əməkdaşlarından dos. B.S.Avılov, dos.  G.Ə.Abbasova, b/müəl. K.İ.Mirzəyev, b/müəl. R.İ.Topçubaşova iştirak etmişdilər. Dərs “The Ancient and Early states in Azerbaijan. The  Atropatena and Albanian Kingdoms” mövzusunu əhatə edirdi.
Müəllim dərsi metodiki qaydalara əməl etməklə keçdi. Professor keçən dəfəki dərsin qısa təkrarından sonra mühazirəyə başladı. Tələbələrin mövzuya marağı və dərs zamanı fəallığı müşahidə olundu. Tələbələr dərsi diqqətlə dinləyir və öz qeydiyyatlarını aparırdılar. Dərs həm metodiki, həm də elmi baxımdan səviyyəli dərs kimi qiymətləndirildi.
Tələbələrin təhsili universitetimizdə ingilis dilində aparılır və qrupun tələbələrinin dil bilgisi və Azərbaycan tarixi fənninə dair marağı yüksək səviyyədə idi.