Yaranma tarixi və məqsədi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) hazırlıq fakültəsi 1984-cü ildə Azərbaycan Respublikası Maarif Nazirliyinin sərəncamına əsasən yaranıb və ali təhsilə qədərki tədris müəssisəsidir. Ötən illər ərzində fakültədə dünyanın təqribən 60-dan cox ölkəsinin – Avropa və Afrika, Yaxın Şərq və Latın Amerikası, Asiya və MDB ölkələrinin 3000-dən vətəndaşı təhsil almış və onlara sertifikat verilmişdir.
Əcnəbi Vətəndaşların Hazırlığı Fakültənin (ƏVHF) əsas vəzifəsi xarici ölkələrdən olan dinləyiciləri AzMİU-da və Azərbaycanın digər ali təhsil ocaqlarında, həmçinin MDB ölkələrinin ali məktəblərində ali (bakalavr və magistr dərəcələri üzrə) pesə təhsili almaları ücun hazırlamaqdır.
Hazırkı təhsil dövrü Azərbaycana gələn əcnəbi vətəndaşların həm yeni  dil mühitinə uyğunlaşması nöqteyi-nəzərdən, həm də ali məktəbin  baza fənlərinin öyrənilməsinə hazırlıq baxımından ilk addımdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ƏVHF – nin Türkiyə Respublikasında Ankara və Qazi universitetlərinin hazırlıq fakültələri, “Türk Təhsil Mərkəzi”, İran İR-da Təbriz Universitetinin, Moskva Yol  Nəqliyyatı Universitetinin, Rusiya Xalqlar Dostluğu Universitetinin, Moskva Dövlət Universitetinin hazırlıq fakültələri ilə əməkdaşlıq haqda müqavilələri vardır.

Təhsil
AzMİU-nun hazırlıq fakültəsində təhsil müddəti bir tədris ilidir: I semestr – 16 həftə; II semestr – 16 həftə.
Fakültədə təhsil alan tələbələr öyrənməli olduqları peşədən (hazırlıq istiqamətindən) asılı olaraq aşagıdakı ixtisaslar uzrə – memarlıq, mühəndis-texnik, inşaat-iqtisadiyyat, tibbi-bioloji, humanitar istiqamətlərdə peşəkar hazırlıq aparılır. Dillərlə yanaşı tələbələr seçdikləri ixtisasa uyğun olaraq riyaziyyatı, informatikanı, fizikanı, kimyanı, biologiyanı, iqtisadi və sosial coğrafiyanı, rəsmxəti, rəsmi öyrənirlər.
ƏVHF – də təhsil azərbaycan, rus və ingilis dillərində ən yeni dərslik və dərs vəsaitləri əsasında və təhsilin müasir metodikasına əsaslanaraq  aparılır.
Fakültədə tədris işi ilə yanaşı müxtəlif auditoriyadankənar işlər – şəhər və şəhərkənarına (Qobustan, Qala və s.), muzey və sərgilərə ekskursiyalar, tematik gecə və konsertlər, tələbələrin konfranslarda iştirakları təşkil olunur. Birgə tədris və auditoriyadankənar iş dinləyicilərə Azərbaycan, onun mədəniyyəti və insanları haqda daha cox məlumatlı almaqda kömək edir, gənclik mühitində tolerantlığın təbliğinə imkan verir.
Tədris ili müddətində oxuyub buraxılış imtahanlarını müvəffəqiyyətlə verən əcnəbi vətəndaşlar onlara AzMİU-da, həmçinin Azərbaycanın digər ali məktəblərində seçdikləri ixtisas üzrə təhsillərini davam etdirmək hüququ verən hazırlıq fakültəsini bitirmək haqqında şəhadətnamə alırlar.
ƏVHF – də azərbaycan, rus və ingilis dillərində dil öyrənmə kursları vardır. Bu kurslarda təhsil müddəti 3-6 aydır. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra tələbələr sertifikat alırlar.
2018-ci ildən İngiltərənin Liester Universiteti ilə bağlanmış müqavilə əsasında ƏVHF–də Liester Universitetinin foundation kursu yaranıb.
ƏVHF – də təhsil müqavilə əsasındadır. Təhsil haqqı tədris ilinin əvvəlində ödənilir.
Əcnəbi Vətəndaşlara aşağıdakı proqramlarla (ixtisasla üzrə) bir illik hazırlıq hazırlıq kursları təklif edilir:
 
Proqram İxtisaslar
Memarlıq Memarlıq
İnşaat İnşaat
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri
Nəqliyyat
İnşaat texnologiyaları
Tikinti-iqtisad
Mexanika və informasiya texnologiyaları fakültəsi
 
Dekan – s.ü.f.d. Əsgərəlizadə Gülnarə Sabir qızı
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11
Mob:           (+994 55) 478 64 44
Tel:             (+994 12) 432 52 26
Tel:             (+994 12) 510 21 09
E-Mail:       gulnara.askaralizada@azmiu.edu.az 
                    foundation@azmiu.edu.az