Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Bərabərlik siyasəti
Azərbaycan Memarlıq və İnşaat Universiteti işçi heyəti arasında qeyri-bərabərliyin və qanunsuz ayrı-seçkiliyin aradan qaldırılması üçün öhdəlik götürür.
Siyasətin məqsədləri aşağıdakılardır:
  • işçi heyətin müvəqqəti, yarım və ya tam ştatda işləməyindən asılı olmayaraq, onlara bərabərliyin, ədalətliliyin və hörmətin təmin edilməsi;
  • Yaşından, əlilliyindən, cinsindən, hamiləliyindən, irqindən (rəngi, milliyəti, etnik qrupu), dinindən asılı olmayaraq qeyri-qanuni ayrı-seçkiliyin aradan qaldırılması.
 
Təşkilat aşağıdakıları yerinə yetirməyinə öhdəlik götürür:
  • Ayrı-seçkilikdən azad iş mühitini yaratmaq, hər kəsə hörmət və ləyaqətlə yanaşmaq, fərdi fərqlərin və bütün işçilərin hüquqlarının tanınması və dəyərləndirilməsi.
Bütün işçilər, işəgötürən ilə yanaşı, onların, tələbələrin və ictimaiyyətin əleyhinə olan qeyri-etik davranışlar səbəb olduğu zərər üçün məsuliyyət daşıyırlar.
 
Universitetin işçi heyəti müəssisə daxilində barabər imkanların yaradılması və ayrı-seçkiliyin qarşısını almaq üçün özləri də məsuliyyətlidirlər.
 
  • Universitet, iş fəaliyyəti zamanı tərəfdaşları, tələbələri, ictimaiyyəti və başqaları tərəfindən zərər və qeyri-qanuni ayrı-seçkilik haqqında şikayətlərini ciddi şəkildə qəbul edir.
  • Təşkilatın şikayət və / və ya intizam qaydalarına əsasən bu cür hərəkətlər qanunauyğunluqla qarşılanacaq və müvafiq tədbirlər görüləcəkdir. Xüsusilə ciddi şikayətlər xəbərdarlıq edilmədən zərərə səbəb olanların işdən kənarlaşdırılmasına gətirib çıxara bilər
  • Universitet heyətinin biliklərinin artırılması, inkişafı, tərəqqisi, qabiliyyətlərin və resursların istifadə etməsi üçün imkanlar yaratmaq.
  • Ədalətin təmin edilməsi üçün iş praktikasını və prosedurlarını nəzərdən keçirmək, və qanunvericiliyin dəyişikliklərini nəzərə alaraq siyasəti yeniləmək.