1.  24.10.2014-cü ildə universitetimizdə təhsil alan əcnəbi tələbələr Bakıdakı ali məktəblərdə təhsil alan əcnəbi tələbələr arasında keçirilən “Azərbaycan dili” olimpiadasında uğurla iştirak etmişlər.
__________________________________________________________________________________

2. AzMİU rəhbərliyinin hər il universitetə qəbul olunmuş I kurs tələbələri ilə görüşlər keçirməsi artıq ənənəyə
çevrilmişdir. Belə görüşlərdən biri də 14 noyabr 2014-cü il tarixdə  universitetə qəbul olunmuş I kurs əcnəbi tələbələrlə keçirildi. 
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru Dos. F.M.Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor Prof. N.A.Abdullayeva, əcnəbi tələbələrin təhsili üzrə dekan Dos. P.Sadıkov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri B.Aslanov iştirak edirdilər.
    Görüşü əcnəbi tələbələrin təhsili üzrə dekan Dos. P.Sadıkov giriş sözü ilə açdı.
Beynəlxalq əlaqələr üzrə prorektor  Prof. N.A.Abdullayeva əcnəbi tələbələri salamlayaraq tələbə həyatında onların qarşısındakı əsas vəzifələrdən söhbət açdı.   O qeyd etdi ki, növbəti 4 il ərzində tələbələr özlərinin 2-ci evləri olacaq universiteti qorumalı və layiqli tələbə olmaq üçün məsuliyyətlə çalışmalıdırlar.
    Tədris işləri üzrə prorektor Dos. F.M.Cəfərov tədris prosesi, dərsə davamiyyətlə bağlı tələbələri maraqlandıran suallara cavab verdi.
    Universitetin daxili nizam-intizam və davranış qaydaları barədə THİK sədri B.Aslanov əcnəbi tələbələrə geniş məlumat verdi.
Çıxışlardan sonra tələbələri maraqlandıran suallar cavablandırıldı.