AzMİU-da Rəhbər Heyətin təlim məşq toplantısı keçirilib
2019-07-08 11:46:05
     İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının və Mülki Müdafiə Qərargahının birgə təşkilatçılığı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin təlim məşq toplantısı keçirilib.
     Təlim məşq toplantısının gedişində  Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor  İslam Mustafayev,  Mülki Müdafiə Qərargahının rəisi, dosent Teymur Əliyev, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Qaybəli Hacımətov, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Emil Qafarov qoyulan mövzu ilə bağlı fikirlərini bölüşüb, məruzələrlə çıxış ediblər.