AzMİU-da buraxılış işlərinin müdafiəsi davam edir
2019-06-27 12:52:50
           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan sessiyası artıq yekunlaşmaq üzrədir. Bütün fakültələrdə bakalavr pilləsinin 4-cü kursunu bitirən məzunların bir qismi dövlət imtahanı verir, bəziləri isə buraxılış işləri müdafiə edirlər. 
           Memarlıq fakültəsində bakalavr tələbələrin növbəti buraxılış işlərinin müdafiəsi keçirilib. Buraxılış işlərinin müdafiəsinə tərkibi 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Bakı şəhərinin baş memarı Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı, dosent Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev və başqalarıdır. Buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr Komissiya üzvlərini məlumatlandırır, 7-8 dəqiqəlik çıxışlarının sonunda müəllimlərin suallarını cavablandırır, opponentlər tərəfindən müsbət rəy alırlar. 
           Xatırladaq ki, yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.