AzMİU-nun futbol komandası 15 iyun Qurtuluş gününə həsr olunan turnirin qalibi olub
2019-06-21 09:14:45
     Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının təşkilatçılığı ilə 15 iyun Qurtuluş gününə həsr olunan futbol yarışı keçirilib. Bakı Dövlət Universitetinin stadionunda Ali və orta təhsil müəssisələri və əmək müəssisəsinin 8 komandası arasında keçirilən yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetinin futbol komandası da iştirak edib.  Komandamız yarşda Bakı Biznes Universitetini 8:0, yarım finalda “Metropoliten” komandasını  4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Finalda isə BDU-nun futbol komandası ilə üz-üzə gəlib. Gərgin keçən oyunda komandamız 1:0 hesabı ilə rəqibi məğlub edərək turnirin qalibi adını qazanıb.
     Komandamız kubok, medal, diplomlarla təltif olunub.