AzMİU-nun nümayəndə heyəti İspaniyanın Alikante şəhərində ezamiyyətdə olub
2019-06-14 11:54:27
      Bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Tədris işləri üzrə prorektoru Akif Qasımov, Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva və rektorun köməkçisi Orxan Naqdıyev Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Alikante universitetində ezamiyyətdə olublar. 
      Layihə çərçivəsində “Ali təhsil müəssisələrində Keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” mövzusunda təlimlərdə iştirak ediblər. Təlimlər zamanı ekspertlər öz universitetlərində keyfiyyətə nəzarət sisteminin strukturu haqqında məlumat və müxtəlif tapşırıqlar veriblər. 
Təlimlərdə 11 Azərbaycan və 4 xarici universitet nümayəndəsi iştirak edib.