AzMİU-nun dosenti Kazanda keçirilən III Beynəlxalq elmi-praktik konfransda çıxış edib
2019-06-13 13:35:32
       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti, filologiya elmləri doktoru Laləzar Əlizadə bu günlərdə Rusiyanın Kazan şəhərində Kazan Federal Universitetində keçirilən III Beynəlxalq elmi-praktik konfransda iştirak edib.  Kzan Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu, Çin Xalq Respublikasının Kazandakı Baş Konsulluğu və Kazan Bələdiyyəsi İcraiyyə Komitəsi Təhsil İdarəsinin dəstəyi ilə keçirilən konfransda Şərq xalqlarının dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı elmi müzakirələr aparılıb.  
       Konfransın plenar iclasından sonra keçirilən bölmə iclasında L.Əlizadə “Nəsiminin bədii-estetik, elmi-idrakı, ictimai-fəlsəfi qayəsi” mövzusunda məruzə ilə çıxış edib. Konfransın keçirildiyi günlərdə tədbir iştirakçıları Kazan Universiteti ilə də yaxından tanış olublar. Türkdilli ölkələrdən gəlmiş qonaqların diqqətini 1828-ci ildə burada yenicə yaradılmış Türk dilləri fakültəsinin rəhbəri işləmiş, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, şərqşünaslıq elminin banisi Mirzə Kazım bəyin  çalışıb işlədiyi fakültə cəlb edib.