Ədalət Əliyevin kitabının təqdimatı keçirilib
2019-06-12 14:05:29
          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elektron kitabxana şöbəsinin təşəbbüsü ilə Sənayenin təşkili və idarə edilməsi kafedrasının professoru, akademik Ədalət Əliyevin kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Universitetin professor -müəllim heyəti, tələbələr və başqa universitetlərdən gələn qonaqlar iştirak edib.
         Təqdimatda “Tədqiqat metodları” adlanan kitabın həm Azərbaycan, həm də rus dilində çap olunan variantları nümayiş olunub. Tədbirdə iştirak edən alimlər müəllif haqqında xoş sözlərini bildirib ona yaradıcılıq uğurları arzulayıblar. Sonda kitablar kitabxanaya hədiyyə olaraq verilib.