İsrailli qonaqlar AzMİU-da
2019-06-12 13:26:30
           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə İsrailin Mühəndis və Memarlar Konsaltinq Təşkilatının nümayəndələri  Memarlıq fakültəsinin professor-müəllim heyəti ilə görüş keçiriblər. 
         Ölkəmizə səfərləri çərçivəsində israilli qonaqlar AzMİU-nun qonağı olub, Memarlıq fakültəsinin yerləşdiyi korpusu gəzib, professor-müəllim heyəti ilə görüşüblər. Qonaqlar səfərlərinin məqsədinin Bakı şəhəri, burada yerləşən memarlıq abidələri, müasir tikililər, Azərbaycanda tikinti və infrastruktur sahəsində həyata keçirilən layihələrlə tanışlıq xarakteri daşıdığını deyiblər.
        AzMİU-nun  Beynəlxalq əlaqələr üzrə prorektoru, professor  Nərgiz Abdullayeva qonaqları  salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Görüşün hər iki tərəf üçün səmərəli olacağına ümidvar olduğunu deyib. AzMİU-nun fakültələri,  laboratoriyaları, akademik heyəti, beynəlxalq əlaqələri, tələbə həyatı barədə geniş prezentasiya nümayiş olunub. Ölkəmizində memarlığın inkişafı və memarlıq təhsili barədə ətralı məlumatlar verilib.   
        Sonda N.Abdullayevaya qonaqlar tərəfindən kitab hədiyyə olunub.