Hörmətli valideynlər!
2019-06-04 09:56:51

Hörmətli valideynlər!
         Azərbaycan Memarlıq və İnşaat Universitetində  yaz  imtahan sessiyası artıq başlayıb. Əziz Valideynlər,  övladlarınızın şəffaf və obyektiv mühitdə imtahan verməyinə əmin olmaq istəyirsinizsə sizi universitetimizə dəvət edirik. Siz universitetdə keçirilən semestr imtahanlarında iştirak etməklə imtahan prosesini müşahidə edə, irad və təkliflərinizi verə bilərsiniz. 
       Qeyd edək ki,  imtahan prosesini izləmək istəyən valideynlər  üçün universitet rəhbərliyi tərəfindən tədris müəssisəsində  lazımi şərait yaradılıb. 
      İmtahanda iştirak etmək istəyən valideynlər (012)539-07-28, (012) 538-42-38 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.