AzMİU-nun tələbələri rəqəmsal marketinq barədə məlumatlandırılıb
2019-05-22 10:48:51
Mayın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tikinti-iqtisad fakültəsinin marketinq ixtisasında təhsil alan tələbələri üçün "Rəqəmsal Marketinq" adlı təlim keçirilib.
AzMİU “Conversation Club”un rəhbəri və adıçəkilən fakültənin tələbəsi Solmaz Fətullayevanın təşkilatçılığı ilə ərsəyə gələn təlim tələbələr tərəfindən maraqla qarşılanıb. Təlimdə marketinq anlayışı, günümüzdə rəqəmsal marketinqin aktuallığı, ondan səmərəli istifadə bacarığının formalaşdırılması barədə məlumatlar verilib, tələbələrə birgə gələcək karyeralarını bu sahədə uğurla qurmağın yolları müzakirə olunub. 
Tələbələri maraqlandıran digər suallar ətrafında fikir mübadiləsi aparılıb. Təlim aktiv müzakirələrlə yadda qalıb.