AzMİU-nun nümayəndə heyəti Türkiyədə təbliğat kampaniyası aparır
2019-05-16 12:28:26
       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin nümayəndələri universitetin təbliğat kampaniyasını aparmaq üçün qonşu Türkiyə Respublikasına ezam olunublar. Fakültənin dekanı Gülnarə Əsgərəlizadə başda olmaqla əməkdaşlarımız Türkiyənin İstanbul, Samsun, Amasya, Tokat, Sivas ve Kayseri şəhərlərinə səfər ediblər. 
       Universitetin təbliğatı üçün nəzərdə tutulan səfərdə nümayəndə heyətimiz adıçəkilən şəhərlərdə məktəblilərlə görüşlər keçirib, universitetin təbliğatını aparıblar. Gənclərə AzMİU-nun tarixi, fakültə və ixtisaslar, tələbələrin ictimai və social həyatı, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar. Məktəblərdə keçirilən görüşlərdə AzMİU-ya, fakültə və ixtisaslarımıza böyük marağın olduğu müşahidə edilib.   
       Nümayəndə heyəti, həmçinin, xaricdə təhsil şirkətləri ilə də görüşlər keçirirlər.