Radiasiya və Kimyəvi Təhlükəsizlik Problemləri mövzusunda Beynəlxalq Elmi-texniki Konfrans keçiriləcəkdir
2019-05-16 08:37:16
style="margin-left:0cm; margin-right:0cm">Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

   2019-cu il noyabrın 05-06 tarixlərində

 Radiasiya və Kimyəvi  Təhlükəsizlik Problemləri

mövzusunda  Beynəlxalq Elmi-texniki  Konfrans  keçiriləcəkdir

Konfransın Proqramına aşağıdakı mövzularda Plenar və Seksiya məruzələri daxil ediləcəkdir

 

  1. İnşaat materiallarında radiasiya, kimyəvi və yanğın riskləri, onların azaldılması yolları
  2. Yaşayış və iş yerlərində  radon təhlükəsizliyi problemi
  3. Radiasiyadan mühafizə qurğuları və materialları
  4. Boyalarda qurğuşunun yaratdığı kimyəvi risklər
  5. Radiasiya materialşünaslığı və təhlükəsizlik problemləri
  6. Təhlükəli kimyəvi maddələrin yaratdığı risklər və onların idarə olunması

 

  1. Konfransın Proqramına  orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir

 

  1. Tezislərin tərtibatına tələbatlar: Məruzələrinin tezisləri (1 səh) dərc olunacaqdır. Məruzə tezisləri  həcmi -1 səhifəyədək ,  1.0 intervalda, 14 şriftlə (Times New Roman),  A4 formatda (soldan 3 sm, sagdan 1.0 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm) elektron formatda   İngilis dilində qəbul olunur.  Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı,  soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir.

 

  1.  İştirak üçün ərizələrin (tezis və qeydiyyat vərəqəsi)  qəbulu və əlavə məlumatların verilməsi  AzMİU-nun (A.Sultanova küç.11) 2-ci korpusu, 10-cu mərtəbə, 1002-ci otaqda t.ü.f.d.Aytən Əhmədova tərəfindən həyata keçirilir. Sənədlər e-mail vasitəsilə də qəbul olunur

Telefonlar:  +99412-5390775 (daxili 5-30), +99450-2390777,

                  E-mail: radchem_2019@mail.ru

 

Məruzə tezislərinin və qeydiyyat vərəqəsinin təqdim olunması üçün son tarix30 sentyabr 2019-ci il

Qeydiyyat vərəqəsini buradan yükləyə bilərsiniz.