Brandenburq Texniki Universitetinə sənəd qəbulu elan olunur
2019-05-10 16:51:48
Brandenburq Texniki Universitetində/Kottbus-Senftenberq (BTU) 1 semestr təhsil almaq üçün sənəd qəbulu elan olunur!

Memarlıq, mühəndislik, tikintinin iqtisadiyyatı, ekologiya mühəndisliyi, informatika ixtisasları üzrə təhsil alan AzMİU tələbələri BTU-nə təhsil haqqı ödəmədən, yalnız səfər, viza, yaşayış, sığorta xərclərini qarşılamaqla 1 semestr tərəfdaş universitetdə təhsil ala bilərlər. 
Əsas şərtlər: 
- Minimum B1 alman və ya ingilis dili biliyini təsdiq edən sənəd;
- 4 ballıq sistemlə minimum ortalama balı - 3 olmalı.

Maraqlananlar 17 may tarixinə qədər AzMİU-nun Xarici əlaqələr şöbəsinə müraciət edə bilərlər.