Tələbələrimiz XIV Respublika Universiadasının çempionu oldular
2019-05-10 16:49:07
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Yunan-Roma güləşi komandası Ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadasında bütün komandalara  qalib gələrək  çempion adına layiq  görülüb. 
Mayın 7-də Azərbaycan Milli Aviasiya Akademiyasının İdman kompleksində keçirilən görüşdə AzMİU-nun  güləşçi tələbələri hər biri ayrı-ayrı çəkilərdə mükafata layiq yerlər tutublar. Nəqliyyat fakültəsinin tələbəsi Elnur İmaməliyev və İnşaat-texnologiya fakültəsinin tələbəsi Xəzər Quliyev isə 1-ci yeri qazanıblar. 1-ci yeri tutan güləşçi tələbələrimiz İtaliyanın Neapol şəhərində tələbələr arasında keçirilən  Dünya birinciliyində iştirak edəcəklər.
AzMİU-nun İdman klubundan verilən məlumata görə, universitetin Sərbəst güləş komandası da universiadada mayın 8-də keçirilən yarışda sərbəst güləş idman növü üzrə çıxış edərək 1, 2 və 3-cü yerləri qazanıblar. Nəqliyyat fakültəsinin tələbələri Əli Səlimzadə və Turan Mirzəyev 1-ci yerə layiq görülüblər. Onlar da İtaliyanın Neapol şəhərində tələbələr arasında keçiriləcək Dünya birinciliyində iştirak etmək hüququ əldə ediblər.