Ulu öndərin anadan olmasının 96-cı ildönümü İnşaat fakültəsində qeyd olunub
2019-05-10 14:50:25
        

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ən qocaman fakültəsi olan İnşaat fakültəsində Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. AzMİU-nun nəzdində Heydər Əliyev Muzeyində baş tutan tədbirdə adıçəkilən fakültənin professor-müəllim heyəti, tələbələr iştirak edib. 
          Tədbir ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin dekanı Hikmət Məmmədov tədbiri açıq elan edərək ümummilli liderin keçdiyi həyat yoluna nəzər salıb.  Dahi liderin həyatı, siyasi fəaliyyəti, dövlət quruculuğu sahəsində gördüyü mühüm işləri diqqətə çatdırıb. 
           Sonra universitetin Tarixi muzeyinin direktoru Gülmira Məmmədova ulu öndərin adını daşıyan muzey və onun  fəaliyyəti barədə tələbələrə məlumatlar verib. Ulu öndərin rəhbərliyi illərində respublikamızda gerçəkləşən böyük  layihələrin yer aldığı foto stendlərlə  tanış edib.  
Sonda İnşaat fakültəsinin tələbələrinin ifasında “Sarı gəlin” mahnısı səsləndirilib.