AzMİU-da “Düzgün CV hazırlanması qaydaları” mövzusunda təlim
2019-05-10 13:05:34
AzMİU-da  “Düzgün CV hazırlanması qaydaları” mövzusunda təlim 
      Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU)tələbələr üçün  “Düzgün CV hazırlanması qaydaları” mövzusunda təlim keçirilib.
             Təlim  Universitetin Təcrübə və karyera şöbəsinin təşəbbüsü ilə baş tutub.  Şöbənin karyera üzrə mütəxəssisi Sevinc Bədirova tərəfindən aparılan təlimdə  tələbələr ilkin karyeranın qurulması, CV-lərdə ən çox yol verilən səhflər, CV-lərin ideal tərtib edilməsi, müsahibə mərhələsində diqqət olunmalı məqamlar və.s vacib məsələlər ətrafında məlumatlandırılıb.
         Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaqdır.  Sonda tələbələri mövzu ilə bağlı maraqlandıran bütün suallar cavablandırılıb.